Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
KOD ADI “MAMONİYA”: Adnan Əhmədzadə haqqında ŞOK FAKTLAR
Press-fakt.az
    
  • Göydəki nəhəng:
    Göydəki nəhəng: Dünyanın ən böyük hərbi təyyarəsi hazırlanacaq
  • 
  • İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb
    İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb
  • 
  • Azərbaycanda 16 yaşlı qız ana oldu -
    Azərbaycanda 16 yaşlı qız ana oldu - Atanın harda olduğu bilinmir
  • 
  • RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ -
    RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ - 30 ildən sonra /FOTOLAR
  • 
  • İran Misirdə keçiriləcək "Sülh Sammiti"nə GETMƏDİ
    İran Misirdə keçiriləcək "Sülh Sammiti"nə GETMƏDİ
  • 
  • İsraildə Trampı Baş nazir və Prezident qarşılayacaq -
    İsraildə Trampı Baş nazir və Prezident qarşılayacaq - “Times of Israel”
  • 
  • İlham Əliyev Sülh Sammitində iştirak üçün Misirə getdi -
    İlham Əliyev Sülh Sammitində iştirak üçün Misirə getdi - FOTO
  • 
  • Gərginlik artır:
    Gərginlik artır: Çin ABŞ-a elə bir sarsıdıcı zərbə hazırlayır ki...
  • 
  • Xəstə heyvanların əti Bakıya gətirilir?-
    Xəstə heyvanların əti Bakıya gətirilir?- AQTA-dan istehlakçılara TÖVSİYƏ
  • 
  • DURAND XƏTTİ - CƏNUBİ ASİYAYA YERLƏŞDİRİLMİŞ "BOMBA"-
    DURAND XƏTTİ - CƏNUBİ ASİYAYA YERLƏŞDİRİLMİŞ "BOMBA"- Pakistan-Əfqanıstan qarşıdurmasına analitik baxış
  • 
  • İranın mineral suyunu içənlər öldü, OMAN və BƏƏ qadağalar qoydu
    İranın mineral suyunu içənlər öldü, OMAN və BƏƏ qadağalar qoydu
  • 
  • Telefona üç gün baxmayanda görün nələr olur -
    Telefona üç gün baxmayanda görün nələr olur - İlginc araşdırma
  • 
  • Rusiya sualtı qayığı Fransa sahillərində -
    Rusiya sualtı qayığı Fransa sahillərində - NATO-dan açıqlama
  • 
  • 38 ZAVODDAN 21-i “VURULUB”...-
    38 ZAVODDAN 21-i “VURULUB”...-  Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb
  • 
  • Əfqanıstanla toqquşmada Pakistan neçə hərbçisini İTİRİB? -
    Əfqanıstanla toqquşmada Pakistan neçə hərbçisini İTİRİB? - RƏSMİ AÇIQLAMA
  • 
  • Çəkməşəkilli İtaliya: bildiklərimiz və bimədiklərimiz -
    Çəkməşəkilli İtaliya: bildiklərimiz və bimədiklərimiz - Maraqlı faktlar
  • 
  • Şərurlu İsfəndiyardan RƏZİL ADDIM:
    Şərurlu İsfəndiyardan RƏZİL ADDIM: “Gizli çəkiliş edib...”- VİDEO
  • 
  • İlham Əliyev İspaniya Kralını təbrik etdi
    İlham Əliyev İspaniya Kralını təbrik etdi
  • 
  • Bəzi rayonlarda heyvanlar arasında yayılan xəstəlik nədir?-
    Bəzi rayonlarda heyvanlar arasında yayılan xəstəlik nədir?- VİDEO
  • 
  • Bəhram Rəcəbzadədən gözlənilməz qərar -
    Bəhram Rəcəbzadədən gözlənilməz qərar - "Böyük haqsızlıq oldu"
  • 
  • Kürdlər və Dəməşq neft sazişi bağladı
    Kürdlər və Dəməşq neft sazişi bağladı
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Bakıda Qələbə paradı keçiriləcək
  • PREZİDENT ƏLİYEV XANKƏNDİ İLƏ BAĞLI FƏRMAN İMZALADI - Yeni Qarabağ iqtisadi rayonu yaradıldı
  • "RUSİYA HARADA VARSA, ORADA PROBLEM OLUR..."- "Sülhməramlılar uzun müddət orada qala bilməz!"
  • Ərdoğan Füzuli hava limanının açılışında iştirak edəcək
  • Ərdoğanın Azərbaycana səfər proqramı açıqlanıb
  • “Mən arxayınam ki, Türkiyə dövləti bölgədədir...”- “ƏN BÖYÜK PROBLEMİMİZ SÜLHMƏRAMLILARDIR”

    • Tarix: 31-12-2021, 10:30



    “Paşinyan Sarqsyandan və Koçaryandan dəfələrlə ağıllı adamdır”

    Başa çatan 2021-ci ildə Azərbaycan sosial, siyasi və iqtisadi sahədə bir sıra addımlar atdı. Ələlxüsus işğaldan azad olunan Qarabağda görülən işlər böyük əhəmiyyət kəsb edir. Bununla yanaşı, 2022-ci ildə bu işlərin daha da genişləndirilməsi və hələ ki, nəzarətimizdən kənarda qalan ərazilərimizdə suverenliyimizin bərpası istiqamətində atılacaq addımlarla bağlı müəyyən gözləntilər var. 
    Bu mövzuyla bağlı Azpolitika -nun suallarını millət vəkili Vahid Əhmədov cavablandırıb:

    - Vahid müəllim, 2021-ci il başa çatır. Sizcə, bu il Azərbaycan üçün iqtisadi, siyasi və sosial baxımdan nələrlə yadda qalacaq?

    - Məncə, 2021-ci ili Azərbaycan üçün ən uğurlu illərdən biri kimi qiymətləndirmək mümkündür. Ən böyük uğurumuz ondan ibarətdir ki, son bir ildə işğaldan azad edilən ərazilərimizdə böyük işlər görmüşük. Məsələn, qısa müddət ərzində Füzuli Beynəlxalq Hava Limanının açılışı oldu. Eyni zamanda Zəfər yolu çəkildi.
    İşğaldan azad edilən rayonlarımızın baş planı işlənib hazırlanıb. İnfrastruktur layihələri həyata keçirilməyə başlanıldı, yollar çəkildi, böyük tikinti-bərpa işləri həyata keçirildi. Bu proseslər indi də davam edir. Nəhayət, biz artıq işğaldan azad olunan ərazilərdə yaşayış binalarının, evlərin tikildiyini görürük.
    Bir sözlə, böyük iş görülüb. Ola bilsin ki, digər ölkələrdə bu işi ən yaxşı halda beş ilə görərdilər, amma bizdə bir ilə görüldü. Bunun da əsas səbəbi odur ki, Azərbaycan Prezidenti son bir ildə şəxsən özü görülən işlərə nəzarət edib.

    Səhv etmirəmsə, dövlət başçısı son bir ildə təxminən 10 və ya 11 dəfə işğaldan azad edilən ərazilərdə olub, görülən işlərlə bilavasitə tanış olub, göstərişlərini verib və prosesə şəxsən özü nəzarət etməkdədir.
    Diqqət etdinizsə, sonuncu dəfə Prezident Hadrut qəsəbəsində xüsusi hərbi hissənin açılışında iştirak etdi, buradan da Şuşaya səfər etdi. Bir sözlə, bu məsələ daim diqqət mərkəzində olub. Hesab edirəm ki, bu istiqamətdə uğurlarımız var və bunu xüsusi qeyd etmək vacibdir.

    Bununla yanaşı, siyasi sahədə uğurlarımız daha çoxdur. Əvvəla, Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi apardı, tarixi torpaqlarını işğaldan azad etdi. 2021-ci ildə isə keçirilən bir sıra beynəlxalq tədbirlərdə və ikitərəfli görüşlərdə bütün ölkələr Azərbaycanı işğal altında qalan torpaqları azad etdiyinə görə təbrik etdilər və ərazi bütövlüyümüzü tanıdılar.
    Həmçinin, müharibə ilə əlaqədar bizə təpkilər olmadı. İstər Avropa, istər Amerika, istərsə də qonşu dövlətlər olsun. Onlar vəziyyəti qəbul etməli oldular və regionda yaranan yeni reallığın dəyişməyəcəyi ilə hesablaşdılar. Bu da bizim üçün böyük əhəmiyyət kəsb edir.

    Fərqli fikirlər olsa da, mən hesab edirəm ki, 2021-ci ildə informasiya sahəsində də müəyyən uğurlarımız oldu. Fikir verirsinizsə, Ermənistanda Baş nazir başda olmaqla, artıq çoxları Qarabağ məsələsində Azərbaycanın haqlı tərəf olduğunu etiraf edir. Həmçinin, artıq Zəngəzur dəhlizinin açılması da zaman məsələsidir.
    Mən hesab edirəm ki, 2022-ci ildə dəhlizin açılmasının şahidi olacağıq. Odur ki, bu məsələdə də üstünlüklərimiz oldu. Sosial sahədə, əlbəttə, müəyyən problemlərimiz var. Eyni zamanda, son vaxtlar dövlət başçısı bir sıra fərmanlar və sənədlər imzalayıb. Hesab edirəm ki, bu da sosial sahəyə öz təsirini göstərəcək.
    Mən demirəm ki, problemlər yoxdur, əlbəttə var. Problemlərin müəyyən hissəsinin həlli 2022-ci ilə keçir. 2022-ci ildə bu işlərlə daha ciddi məşğul olmalıyıq, əhalimiz yaxşı yaşamalıdır.
    Bütün hallarda 2021-ci il Azərbaycan üçün uğurlu illərdən biri oldu.

    - 2022-ci ildə Qarabağla bağlı gözləntiləriniz nədən ibarətdir?

    - Mən hər zaman demişəm, bu məsələdə bizi narahat edən bir məsələ var. Bu da hələlik orada Rusiya sülhməramlılarının olmasıdır. Bu bizə problemlər yarada bilər. İmzalanmış üçtərəfli sazişin müəyyən bəndləri yerinə yetirilmir.
    Məsələn, Xankəndi və ətrafındakı erməni terrorçuları təmizlənib ərazidən çıxarılmadı, 2021-ci ildə müəyyən toqquşmalar müşahidə edildi, postumuza hansısa separatçı qumbara atdı və s.
    Eyni zamanda şəhid olan əsgərlərimiz var. Yəni problemlər oldu. Bəli, onlar üçtərəfli sazişdə öz üzərlərinə götürdükləri öhdəliklərin müəyyən hissəsini yerinə yetirmədilər. Bu da bizim üçün problemdir. Mənə görə, Qarabağ məsələsində ən ciddi problem rus sülhməramlılarının orada olmasıdır. Bizim üçün ikinci vacib məsələ 2022-ci ildə Zəngəzur dəhlizinin açılmasıdır. Hesab edirəm ki, bu layihə həm baş tutacaq, həm də müəyyən qədər özü ilə sabitlik gətirəcək.

    Üçüncü vacib məsələ Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınmasıdır. Bu, bizim üçün böyük əhəmiyyət daşıyır. Əgər sülh müqaviləsi imzalanacaqsa, həmin sənəddə Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınması olduqca vacibdir. Mənim qənaətimcə, buna 2022-ci ildə nail olmalıyıq ki, məsələ növbəti illərə qalmasın.
    Yəni bu vacibdir. Bundan başqa, delimitasiya, demarkasiya, habelə bəzi xırda məsələlər var ki, bunların da hamısı öz həllini tapacaq. Düşünürəm ki, bu məsələlərdə problem olmayacaq.
    Əlbəttə, bir daha təkrarlayım ki, bizim üçün “başağrısı” Rusiya sülhməramlılarının orada olmasıdır. Bunun da yəqin ki, vaxtı var, müəyyən məsələlər var ki, onlar həll olunduqdan sonra bu problem də yoluna qoyulacaq.

    Mən arxayınam ki, Türkiyə dövləti bölgədədir və bütün məsələlərdə, proseslərdə iştirak edir. Mən hiss edirəm ki, faktiki olaraq bölgədə Türkiyəsiz heç bir məsələ həll edilən deyil.
    Türkiyənin qardaş ölkə kimi burada olması, sözsüz ki, strateji əhəmiyyət kəsb edir. Nəhayət, biz çalışmalıyıq ki, 2022-ci ildə əhalimizi işğaldan azad edilən ərazilərə - doğma yurd-yuvalarına qaytaraq. Qarabağa nə qədər çox əhali köçərsə və orada həyat nə qədər tez canlanarsa, bu, bizim üçün bir o qədər müsbət hal olar. Ümid edirəm ki, 2022-ci ildə sadaladığım bu işləri həyata keçirə biləcəyik.

    - Ermənistanın Baş naziri Nikol Paşinyanın “Facebook” üzərindən verdiyi Qarabağ açıqlaması ciddi müzakirə edildi, hətta öz ölkəsində müxalifətin fəallaşmasına, Xankəndindəki separatçıların Paşinyana qarşı çıxışlarına səbəb oldu. Paşinyanın son açıqlamaları Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsinə dair hansı ümidlər verir?

    - Nikol Paşinyan Serj Sarqsyandan və Robert Koçaryandan dəfələrlə ağıllı adamdır. Paşinyan anlayır ki, artıq bu məsələ həll edilib. Ona nə qədər kənardan desələr də ki, sizə kömək edəcəyik, yardım olunacaq və s, adam bilir ki, reallıq nədən ibarətdir. Faktiki status məsələsi yoxdur və məsələ yalnız sülh müqaviləsi imzalanması ilə həll olunacaq.
    Paşinyan həm də başa düşür ki, əgər Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmasa, gələcəkdə erməni dövlətçiliyinin mövcudluğu şübhə altına düşəcək. Çünki Azərbaycan və Türkiyə güclənir, bölgədə söz sahibinə çevrilir. Fakt odur ki, Azərbaycanın qələbəsini bütün ölkələr “həzm etdi”.
    Hətta, daim Ermənistanın yanında olan, bizə qarşı çıxan Fransa kimi dövlət sonradan çalışdı ki, Azərbaycanla əlaqələri düzəltsin. Brüsseldə Prezident Makron Azərbaycan dövlət başçısı ilə görüşdü. Mən hesab edirəm ki, artıq ermənilər anlayır ki, başqa çıxış yolu yoxdur. Ola bilsin ki, müəyyən təxribatlar yaratsınlar, nələrsə etsinlər və s.
    Amma Azərbaycanın da bu təxribatların qarşısını almaq üçün kifayət qədər imkanı var. Son variantda “dəmir yumruq” hazırdır və cavablarını alacaqlar. Silahımız da, sursatlmız da, gücümüz də var.

    - Separatçıların lideri Araik Arutunyanın fəallaşması, Paşinyana qarşı çıxması müşahidə olunur. Sanki “Qarabağ klanı” Paşinyana qarşı vahid mövqe formalaşdırır...

    - Açığını deyim ki, Paşinyanın devrilməsi bizə sərf etmir. Bu posesi sona çatdırmaq lazımdır. Əlbəttə, Paşinyan erməni cəmiyyəti və müxalifət qarşısında müəyyən şüarlar söyləyə bilər. Amma onun tutduğu yol düz yoldur. O mənada ki, Azərbaycan və Türkiyə ilə münasibətləri bəlli səviyyəyə çatdırmaq, əlaqələr qurmaq istəyir.
    İkincisi, onun devrilməsində Qərbin marağı yoxdur. Rusiya dövləti və digər qüvvələr ola bilsin ki, Paşinyana müəyyən təzyiqlər etsin. Ən ağır vaxtda Paşinyan seçkilərə getdi və qələbə qazandı.
    Yəni etimad əldə etdi. Aydındır ki, Koçaryana və ya Sarqsyana bağlı qüvvələr müəyyən təxribatlar törədə bilərlər. Eləcə də sərhəddə bəlli təxribatların olması mümkündür. Lakin “dəmir yumruq” hazırdır və lazım olanda bunun dadını görəcəklər.

    Araik Arutunyanın fəallaşmasına gəldikdə, onlar başa düşürlər ki, məsələ bitib. Xankəndi daxil olmaqla məlum ərazilər Azərbaycanın suveren torpaqlarıdır və Qarabağ iqtisadi zonasına daxildir.
    Sabah həmin ərazilərdə Azərbaycanın dövlət atributları olanda, bayrağımız dalğalananda Araik orada qala bilməz. Araikin yerinə Azərbycan vətəndaşı olan bir başqası işləyəcək. Belə məsələlər var və onlar bunu anlayırlar.

    - Bu fəallaşmada Rusiyanın marağı, yaxud rolu ola bilərmi?

    - Qeyd etdim, harda Rusiya varsa, orada həm də problem var. Bu, gizli məsələ də deyil. Biz bunu Ukraynada, Gürcüstanda, Moldovada və nəhayətdə Qarabağda görmüşük.
    Əlbəttə, Rusiyanın marağı odur ki, daim orada münaqişə olsun və o da bundan istifadə edərək hər iki tərəfə təzyiq etsin. Amma regionda vəziyyət, tarixi düzən dəyişib.
    Azərbaycan dövlət başçısı faktiki olaraq müstəqil və açıq siyasət aparır. Əlbəttə, biz ehtiyatlı olmalıyıq. Eləcə də daxildə ehtiyatlı olmalıyıq, problemimiz olmamalıdır. Ona görə də sosial problemləri həll etməliyik ki, əhali normal yaşaya bilsin.

    Rasim Əliyev

    Oxunub: 717
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      13-10-2025
      00:30 | MKİ-nin 35 İLLİK SİRRİ: 97 HƏRF NƏYİ BİLDİRİR?- İlk üç hissə açıldı, yeni detallar üzə çıxdı
      00:25 | Göydəki nəhəng: Dünyanın ən böyük hərbi təyyarəsi hazırlanacaq
      00:25 | İsrail 2023-cü ildən Qəzzadakı əsgər itkilərinin sayını açıqlayıb
      00:22 | Bu şəxslərin ölüm riski yüksəkdir -  XƏBƏRDARLIQ
      00:20 | Azərbaycanda 16 yaşlı qız ana oldu - Atanın harda olduğu bilinmir
      00:15 | RƏSUL QULİYEVİN AİLƏSİ BAKIYA GƏLDİ - 30 ildən sonra /FOTOLAR
      00:10 | İran Misirdə keçiriləcək "Sülh Sammiti"nə GETMƏDİ
      00:07 | Axtarışda olan təhlükəli cinayətkar Bakı aeroportunda TUTULDU
      00:05 | İsraildə Trampı Baş nazir və Prezident qarşılayacaq - “Times of Israel”
      00:00 | Фейк, который не успели спрятать. «Истерики древнего мира»
      12-10-2025
      18:45 | İlham Əliyev Sülh Sammitində iştirak üçün Misirə getdi - FOTO
      18:40 | Gərginlik artır: Çin ABŞ-a elə bir sarsıdıcı zərbə hazırlayır ki...
      18:15 | Xəstə heyvanların əti Bakıya gətirilir?- AQTA-dan istehlakçılara TÖVSİYƏ
      18:00 | DURAND XƏTTİ - CƏNUBİ ASİYAYA YERLƏŞDİRİLMİŞ "BOMBA"- Pakistan-Əfqanıstan qarşıdurmasına analitik baxış
      17:45 | İranın mineral suyunu içənlər öldü, OMAN və BƏƏ qadağalar qoydu
      17:40 | Telefona üç gün baxmayanda görün nələr olur - İlginc araşdırma
      17:20 | Əfqanıstanla Pakistan sərhədində AĞIR DÖYÜŞLƏR BAŞLAYIB
      17:15 | Rusiya sualtı qayığı Fransa sahillərində - NATO-dan açıqlama
      17:10 | 38 ZAVODDAN 21-i “VURULUB”...-  Rusiyanın 57 regionunda yanacaq qıtlığı yaranıb
      17:00 | Əfqanıstanla toqquşmada Pakistan neçə hərbçisini İTİRİB? - RƏSMİ AÇIQLAMA
      16:35 | Çəkməşəkilli İtaliya: bildiklərimiz və bimədiklərimiz - Maraqlı faktlar
      16:00 | Şərurlu İsfəndiyardan RƏZİL ADDIM: “Gizli çəkiliş edib...”- VİDEO
      15:55 | İlham Əliyev İspaniya Kralını təbrik etdi
      15:45 | AZƏRBAYCANDA NİYƏ MİYONÇULARIN RƏSMİ SİYAHISI YOXDUR? - Ekspertdən ritorik sual
      15:40 | "Taliban"dan fərqli olaraq, müki əhalini hədəfə almırıq"- Pakistan XİN
      15:30 | Misirdə keçiriləcək "Sülh Sammiti"nə 20 ölkənin lideri qatılacaq
      15:20 | Bəzi rayonlarda heyvanlar arasında yayılan xəstəlik nədir?- VİDEO
      15:15 | Bəhram Rəcəbzadədən gözlənilməz qərar - "Böyük haqsızlıq oldu"
      15:00 | İCRA BAŞÇISI Elşad Həsənovun ŞÜBHƏLİ "BİRMƏNBƏ METODU": 19,7 milyonluq üç müqavilənin izi ilə...
      14:35 | Kürdlər və Dəməşq neft sazişi bağladı
      14:30 | Dünyanın ən gözəl paytaxtı açıqlandı - Paris, Afina və Lissabon yox...
      14:25 | "Ölkəmizin təhlükəsizliyini qorumaqda qərarlıyıq"- Pakistan Prezidenti
      14:00 | "Rusiyada vurulacaq hədəfləri ABŞ müəyyən edir"- "Financial Times"
      13:55 | Dünyada 1 SAATA ƏN ÇOX UŞAQ DOĞULAN ÖLKƏLƏR - XƏRİTƏ /SİYAHI
      13:45 | Yasamal MKTB-də maliyyə problemi: 2 MİLYONLUQ BORC NİYƏ ÖDƏNİLMİR?
      13:35 | HAMAS və İsrail girovları azad edəcək - 2000-ə qədər fələstinli məhbus...
      13:30 | SABAHIN HAVASI: Dolu düşəcək, sulu qar yağacaq
      13:20 | Dünya Çempionatı-2026:  Bu gün daha 8 oyun var
      13:15 | Sadıqov büdcədən 30 MİLYARD MƏNİMSƏYİB? -  YENİ DETALLAR
      13:10 | Maskn beyin çipi üçün minlərlə insan növbəyə durub - Hansı avantajları var?
      13:05 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      13:00 | Kamerun Prezidenti 100 yaşına qədər ölkəni idarə etmək niyyətindədir
      12:55 | İran Aİ-3 ilə danışıqlar aparmaq niyyətində deyil - Abbas Əraqçi
      12:50 | DÇ-2026:  Türkiyə Bolqarıstanı, Norveç isə İsraili darmadağın etdi -  NƏTİCƏLƏR
      12:45 | Əfqanıstanla Pakistan arasında şiddətli döyüşlər dayandırılıb
      12:40 | Bu məhsullar kəskin bahalaşacaq - YENİ RÜSUMLAR
      12:35 | "Qarabağ" dünya reytinqində irəlilədi
      12:30 | ABŞ-dan Azərbaycana tarixi dəvət
      11-10-2025
      21:15 | BAKIYA GƏTİRİLƏN ƏTLƏR TƏHLÜKƏLİDİR? -  ARAŞDIRMA
      21:10 | Bəşər Əsədin Rusiyada dəbdəbəli həyatı: Evdən çıxmır, geymer olub
      21:05 | Nikahdankənar doğulanların sayı niyə çoxdur?- Dövlət Komitəsindən məsələyə REAKSİYA -VİDEO
      15:30 | Sürücülük hüququ olmadan avtomobil idarə edən şəxs qəza törətdi - Ölən və yaralananlar var
      15:25 | Tələbə qızları fahişəliyə cəlb edən tiktoker Mahirəyə HÖKM OXUNDU - VƏ... 2 İL HƏBS TƏXİRƏ SALINDI
      13:30 | Keçmiş MTN GENERALI AZADLIQDA - Akademiyaya qəbul, orduda vəzifəyə təyinat... və...PUL
      13:25 | “The New York Times” Pentaqonun yeni media siyasətinə əməl etməkdən imtina edib
      13:20 | Qəbələ RLS-in söküntüsündə son mərhələ - Təhlükəli maddələrin aqibəti necə olacaq?
      13:15 | Elektron siqaret çəkənlər təhlükə qarşısında - Yeni araşdırma şok yaratdı
      13:10 | Azərbaycan neftinin qiyməti 66 dollara düşdü
      13:05 | AEROPORTDA taksi dəyişikliyindən sonrakı XAOTİK VƏZİYYƏT - VİDEO
      12:45 | Kim Çen In Dmitri Medvedevi qəbul edib
      12:40 | Rusiyada tanınmış şəxslər agent elan edildi -  Ədliyyə Nazirliyinin “qara siyahısı” böyüyür
      12:35 | Prezident Sevil Əliyevanı təltif etdi -  SƏRƏNCAM
      12:30 | Откуда есть пошла «Великая Армения»?
      12:15 | Всё путём, ара! «Истерики древнего мира»
      12:00 | Жан Шарден: никаких следов древности в Ереване нет - Филипп Экозьянц
      11:55 | ЕСЛИ АРМЯНИН НЕ ЛЖЕТ, ЗНАЧИТ, ПЕРЕД ВАМИ НЕ АРМЯНИН
      11:50 | "Армения приняла христианство в IV веке"-  Это не более, чем красивые слова, приятные для армянского уха
      11:45 | АНТИЧНЫЕ АВТОРЫ РАЗОБЛАЧАЮТ АРМЯНСКИЕ МИФЫ -  ФОТО
      11:33 | Армянский терроризм в газетных архивах США - Часть 23
      11:15 | АРМЯНСКАЯ ПЕРИОДИЧЕСКАЯ БОЛЕЗНЬ
      11:10 | Армянские фальсификаторы сами разоблачили свое присвоение древней Урарту
      11:00 | HAMAS Qəzza zolağına xarici nəzarət ideyasını qəbul etmir
      10:55 | Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan 5 il ötür
      10:50 | Rəsul Quliyev, Hacı Qalib və Qod Nisanov QALMAQALI - 5 milyonluq savaş
      10:45 | KXDR "ən güclü nüvə silahı"nı nümayiş etdirib
      10:40 | İsrail Qəzzada yenidən müharibəyə başlaya bilər - Fidan
      00:25 | Nazir Gəncə Regional İdarəsinin rəisini işdən çıxardı - FOTO
      00:20 | İsrailin saxladığı fəallar Türkiyəyə gətirildi - FOTO
      00:15 | KOD ADI “MAMONİYA”: Adnan Əhmədzadə haqqında ŞOK FAKTLAR
      00:10 | Putindən Azərbaycanla bağlı qəribə sözlər: "Hər yerdə rus dilində danışırlar..."
      00:05 | “Kənd adamlarıdır, istəsəm, evləri 15 ilə də verə bilərəm”- “Şərurlu” İsfəndiyar /VİDEO
      00:03 | Azərbaycan, Türkiyə və Gürcüstan hərbçiləri Qarsda birgə təlim keçəcək
      00:00 | Tramp bu ölkəni işğal etməklə hədələdi: Regionda hazırlıq başladı
      10-10-2025
      22:45 | Bakıda polisə silahlı müqavimət göstərən şəxs zərərsizləşdirildi -  DİN-in MƏLUMATI
      22:40 | Prezident Tacikistana işgüzar səfəri ilə bağlı videoçarx paylaşıb -  VİDEO
      22:35 | Qalmaqallı məktəb direktoru işdən azad edildi
      18:00 | Çində rekord TIXAC: MİLYARDLARLA AVTOMOBİL...- FOTO/VİDEO
      17:50 | Atəşkəsdən sonra fələstinlilər Qəzzaya qayıdır - VİDEO
      17:40 | “QƏRB SANKSİYALARI Tehran-Bakı münasibətlərinə TƏSİR ETMƏYƏCƏK”-  “Ermənistan rəsmiləri bizi əmin edib ki..."/Səfirlə MÜSAHİBƏ
      17:20 | Keçmiş icra başçısı Ceyhun Cəfərovla birgə həbs edilmişdi - O da azadlığa çıxdı
      17:01 | Pedaqoji Universitet 140 min manata “Hyundai” avtomobilləri alır - Tender müsabiqəsi keçirilmədən
      16:55 | Prezident MDB Dövlət Başçıları Şurasının ilcasında iştirak etdi - Yenilənib /FOTOLAR
      16:45 | Tanınmış jurnalist dövlət qurumları ilə 500 000 MANATLIQ müqavilə bağlayıb
      16:40 | DAXİLİ QOŞUNLARA YENİ SƏLAHİYYƏTLƏR VERİLİR -  Bu şəxsləri saxlaya biləcək
      16:35 | “Vaqner”-də yox, Türkiyədə istirahətdə imiş...- Peskovun oğlu qalmaqala düşüb
      16:30 | "Nobel Komitəsi siyasəti sülhdən üstün tutur"- Ağ Evdən Trampa sülh mükafatı verilməməsinə reaksiya
      14:20 | Ötən ay Azərbaycanda ƏN ÇOX BAHALAŞAN ərzaq məhsulları -  SİYAHI
      14:15 | Azərbaycan millisi fransızlara qarşı -  "10-0"-lıq acı məğlubiyyətin əvəzini çıxmaq...
      14:00 | GENERALIN QARDAŞI OĞLU DUBAYDAKI MƏNZILLƏRINI SATIŞA ÇIXARDI -  Zeynalovlar bahalı şəhərləri “fəth edir” /FOTOLAR
      13:55 | ABŞ-dan diqqət çəkən addım: İsrailə yüzlərlə əsgər göndərir
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.