Press-fakt.az ictimai-siyasi onlayn qəzet Haqqımzda   
“DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
YENİ İCRA BAŞÇILARI PREZİDENTİN QƏBULUNDA -  Tapşırıqlar VERİLDİ /FOTOLAR
Zakir Qaralova məxsus 20-DƏN ÇOX ŞİRKƏTİN KÜLLİ MİQDARDA VERGİ BORCU YARANIB
Press-fakt.az
    
  • Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb - 
    Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
  • 
  • Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
    Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
  • 
  • Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
    Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
  • 
  • Sənədsiz evlər problemi yenə gündəmdə -
    Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
  • 
  • Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
    Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
  • 
  • Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
    Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
  • 
  • Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
    Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
  • 
  • İsrailin müdafiə naziri Kats:
    İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
  • 
  • Orbandan sensasion iddia:
    Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
  • 
  • Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
    Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
  • 
  • "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -
    "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
  • 
  • "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
    Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
  • 
  • Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
    Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
  • 
  • Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb -
    Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
  • 
  • Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
    Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
  • 
  • Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ -
    Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
  • 
  • "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"-
    "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
  • 
  • Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub -
    Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
  • 
  • Rusiya hipersəs raketləri ilə zərbə endirdi
    Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
  • 
  • Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
    Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
  • 
  • Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır -
    Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
  • Ana səhifə
  • Manşet
  • Gündəm
  • Siyasi
  • Dünya
  • Ölkə
  • Xəbər
  • Toplum
  • Müsahibə
  • Araşdırma
  • İqtisadi
  • Olay
  • Kriminal
  • DİGƏR
    • Baş xəbər
    • Xəbər lenti
    • Region
    • Yazarlar
    • Maraqlı
    • Təhlil
    • Sağlamlıq
    • Globall TV
    • Video
    • Армянская ложь
Oxşar yazılar
  • Britaniya virusdan ölüm sayına görə Avropada hamını geridə qoydu
  • Aİ və Böyük Britaniya “Brexit”i yekunlaşdırdı
  • Britaniyada koronavirus: "Son 24 saat ərzində 676 şəxs koronavirusa yoluxub"
  • Britaniyada koronavirusdan ölənlərin sayı 18 min nəfəri ötüb
  • Britaniya Əfqanıstandan 20 min qaçqın qəbul edəcək
  • 2021 GERİDƏ QALIR: ÖLDÜRÜLƏN PREZİDENT, SÜQUT EDƏN PAYTAXT VƏ XƏRİTƏDƏ YENİ DÖVLƏT...- FOTO

    • Tarix: 31-12-2021, 12:15


    2020-ci ildə pandemiyanın ən ağır dövrlərini yaşayan dünya 2021-ci ilə böyük ümidlərlə daxil oldu. 2021-ci il bəşəriyyətin ümidlərini doğrulda bildimi, yoxsa yox demək çətindir. Hər halda artıq geridə qoymağa hazırlaşdığımız bu il bir çox əhəmiyyətli hadisə ilə tarixdə öz yerini tapdı.
    Oxu.Az 2021-ci ilin ən yadda qalan hadisələrini təqdim edir.

    Böyük Britaniya Aİ-dan yekun olaraq ayrıldı

    Yeni ilin ilk günündə 1 yanvar tarixində Böyük Britaniya Avropa Birliyindən yekun olaraq ayrıldı. Beləliklə artıq sözügedən tarixdən etibarən Böyük Britaniya ittifaqın digər 27 ölkəsinin gözləməli olduğu qaydalardan azad oldu. Bu normalar iqtisadiyyat və gündəlik həyat üçün ağır nəticələri olan “sərt boşanmadan” qaçaraq, ötən ilin sonunda bağlanmış Aİ ilə azad ticarət və əməkdaşlıq haqqında sazişin müddəaları ilə əvəz olundu.


    Yanvarın 1-dən Böyük Britaniya və Aİ ölkələri arasında vətəndaşların hərəkət azadlığı məhdudlaşdırılıb. Vizasız səyahət rejimi 90 gündən çox olmayan müddətə (6 aylıq dövrdə) saxlanılıb. Şəxsiyyət vəsiqələri (milli ID kartları) ilə sərhədi keçmək mümkün olsa da, cari ilin oktyabrın 1-dən Böyük Britaniya və Aİ vətəndaşlarının bir-birinə qısamüddətli səfərləri üçün pasport tələbi qüvvəyə minib.

    Cakartada “Boeing 737” təyyarə qəzası

    Təəssüf ki, hər il dünyada bir çox qəzalar insanların ölümünə səbəb olur. 2021-ci il də eynilə digər illərdə olduğu kimi ağır qəzalara səhnə olub. Belə ki, cari ilin yanvarın 9-da İndoneziyada təyyarə qəzası baş verib.
    Hadisə yerli “Sriwijaya Air” şirkətinə məxsus “Boeing 737-500” təyyarəsi Cakarta-Pontianak marşrutu üzrə planlı uçuşu icra edərkən yaşanıb. Təyyarə havaya qalxdıqdan cəmi dörd dəqiqə sonra radarlardan itib. Yava dənizinə çırpılan təyyarədə 10-u uşaq olmaqla 56 sərnişin və 6 ekipaj üzvü həlak olub.



    Maraqlı məqam burasıdır ki, təyyarə qəzaya uğrayan zaman hər iki mühərriki işlək vəziyyətdə olub. Lakin mühərriklərin idarə olunması sistemində nasazlıq versiyası qəzanın mümkün səbəbləri sırasına daxildir.

    “Perseverans” Mars səthinə endi

    “Perseverans” Mart səthindəki Yezero kraterinin tədqiq edilməsi üçün NASA-nın “Mars-2020” ekspedisiyası çərçivəsində hazırlanmış marsoxoddur. NASA-nın reaktiv hərəkət laboratoriyası tərəfindən hazırlanıb və buraxılışı 2020-ci ilin 30 iyulunda baş verib.
    18 fevral 2021-ci ildə Mars səthinə eniş edib. 2021-ci ilin 16 avqust tarixinə qədər Mars səthində 2,67 kilometr məsafə qət edib.


    “Perseverans” Yezero krateri rayonunda Mars səthini tədqiq etmək üçün yeddi elmi alətə sahibdir. Üzərində bir neçə kamera və səs yazmaq üçün iki mikrofon quraşdırılıb.
    Faydalı yük sırasına həmçinin vertolyot tipli “Ingenuity” PUA-sı da daxildir. Bu PUA-nın missiyaya daxil edilməsində məqsəd Mars səthində uçuş imkanlarını nümayiş etdirməkdir.

    Marsoxodun adı ümummilli məktəbli müsabiqəsinə daxil olmuş 28 mindən çox təklif arasından seçilib. Qalib Virciniya ştatından olan məktəbli Aleksandr Mater olub. O və ailəsi Kennedi Kosmik Mərkəzinə dəvət olunub və ABŞ Hərbi Hava Qüvvələri bazasındakı buraxılışı izləyiblər.

    “Ever Given” gəmisi strateji su yolunu bağladı

    2021-ci ilin mart ayında Süveyş kanalı altı gün müddətində bağlanıb. Buna səbəb “Ever Given” gəmisinin saya oturması olub. Hadisə zamanı gəmi Malayziyanın Tanjung Pelepas limanından Niderlandın Rotterdam limanına yollanırdı.

    İlkin ehtimallara görə, hadisə güclü küləyin fəsadları nəticəsində baş verib. Gəminin burun tərəfi kanalın şərq sahilinə ilişmiş, davam edən inersiya ilə də gəminin arxa tərəfi kanalın qərb sahilinə tərəf hərəkət edərək, kanalı tamamilə bağlayıb.

    Misir hökuməti isə səbəb olaraq həmçinin bəzi texniki səhvlərin və heyət tərəfindən səhvlərin buraxılmasını da istisna etməyib. 


    Qeyd edək ki, 1869-cu ildə açılan Süveyş kanalı Aralıq dənizi ilə Qırmızı dənizi birləşdirən vacib ticarət yollarından biridir və 2021 il üçün oradan gündə 50 yaxın gəmi keçir.
    Bu da dünya ticarətinin ümumi həcminin 12% təşkil edir. Getdikcə artan gəmilərin sayı və bunun müqabilində kifayət gədər geniş olmayan kanal, artıq uzun müddət idi ki gəmilərin bəzi yerlərindən hətta növbə ilə keçməsini səbəb olur.

    İlkin hesablamalara görə, hadisə zamanı Misir hökumətinə gündəlik 12-14 milyon dollar zərər dəyib.

    Martın 28-də gəminin xilas edilməsi məqsədilə işlərə başlanılıb. Bu məqsədlə təkcə gəminin burun tərəfində olan sahildən 27 min kub metr qum qazılıb çıxarılıb. Gəminin çıxarılmasına baxmayaraq hərəkət bir müddət bərpa edilməyib.

    Qırğızıstan və Tacikistan arasında sərhəd münaqişəsi

    2021-ci ilin aprel-may aylarında Qırğızıstan-Tacikistan sərhəd bölgəsində silahlı toqquşmalar yaşanıb. İki ölkəni 900 kilometrdən daha uzun dövlət sərhədləri ayırır. Bununla belə sərhədlərin yarısından çoxu demarkasiya olunmayıb. Bu səbəbdən də hər iki tərəfdən sərhədyanı bölgədə yaşayan əhali üçün problemlər yaranır.

    Bu mübahisələrdən ən böyüyü isə məhz su mənbələri üzərində nəzarət səbəbilə yaranır. Elə artıq geridə qoyduğumuz ilin aprel-may aylarında baş verən konfliktdə olduğu kimi...


    Qırğızıstanın Batken vilayətinin Köktaş kəndində başlanan qarşıdurmalara sonradan hər iki tərəfin orduları da müdaxilə edib. Nəticədə baş vermiş toqquşmalar hər iki tərəfdən altı nəfərin ölümünə səbəb olur. Bölgədən təhlükəsizlik səbəbilə 10 min nəfər təxliyyə edilib.

    Futbol üzrə Avropa çempionatı

    2021-ci il bəşəriyyətin sanki ötən il hər sahədə yarım qalan həyatının davamına çevrildi. Sözsüz ki, bu vəziyyət idmanda da bu cür oldu. Futbol üzrə Avro-2020 turniri – 2020-ci ilin Avropa Çempionatı məhz 2021-ci ildə keçirildi. Turnir 11 UEFA-ya üzv ölkənin 11 müxtəlif şəhərində 11 iyundan 11 iyula qədər keçirildi.
    Yarış həmçinin tarixində ilk dəfə video köməkçi hakim (VAR) texnologiyasından istifadə ilə yadda qaldı.
    Turnirin açılış oyunu azərbaycanlı futbol azarkeşlərinin də böyük marağına səbəb oldu. İlk qarşılaşmada Romanın Olimpiya Stadionunda ev sahibi İtaliya Türkiyə millisi üzərində 3:0 hesablı qələbə qazandı.


    Yeri gəlmişkən, turnirin tarixində ilk dəfə ev sahiblərindən biri də paytaxtımız oldu. A qrupunun üç qarşılaşmasına ev sahibliyi edən Bakı, 1/4 finalın da həyəcanını yaşadı. Danimarka millisi Çexiyaya 2-1 hesabı ilə qalib gəlməklə yarımfinala yüksəldi. Finala gedən yolda danimarkalıların qarşısını İngiltərə kəsdi.
    Turnirin finalında İngiltərə və İtaliya milliləri üz-üzə gəldi. Əsas və əlavə vaxtı 1-1 hesabı ilə başa çatmadan qarşılaşmada penalti zərbələrini daha dəqiq yerinə yetirən italyanlar oldu.

    Haiti prezidentinin iqamətganına basqın zamanı öldürülməsi

    Haiti Prezidenti Jovenel Moiz 2021-ci ilin iyulun 7-də ölkənin Qərb departamentində Petonvil şəhərində öldürülüb. Həmin tarixdə yerli vaxtla 01:00 radələrində bir qrup kimliyi naməlum silahlı şəxs prezidentin şəxsi malikanəsinə hücuma keçir.
    Hücum zamanı dövlət başçısı öldürülür, həmçinin ölkənin birinci xanımı Martin Moiz də yaralanır. Martin Moiz bir qədər sonra ağır vəziyyətdə ABŞ-dakı xəstəxanalardan birinə təxliyyə olunur.

    Qeyd olunur ki, cinayətkarlar malikanəyə daxil olmaq üçün özlərini ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsinin agentləri kimi təqdim ediblər.
    İyulun 11-də Haiti hökumətinin verdiyi məlumatda mərhum prezidentin ölümündən əvvəl işgəncələrə məruz qaldığı açıqlanıb.
    Baş nazir Klod Jozef bildirib ki, prezidentin qatillərinin kimliyi hələ də məlum deyil, ancaq onlar ispan dilində danışıblar.


    İyul ayının 11-də həm də Haiti polisinin rəhbərinin də bir sıra açıqlamaları olub. Belə ki, polisin rəhbəri Leon Şarlın sözlərinə görə son 20 ildə Floridada yaşamış haitili həkim Kristian Emmanuel Sanon məsələ ilə bağlı saxlanılıb. O, cari ilin iyununda ölkəyə gələrək prezidentin öldürülməsi üçün kolumbiyalı silahlı dəstə ilə razılığa gəlib.

    Hadisə ilə əlaqədar 9 iyul tarixinə qədər ümumilikdə 17 nəfər saxlanılıb, üç nəfər əməliyyat zamanı öldürülüb, daha səkkiz nəfərin isə axtarışları davam edir.

    Tokio 2020 Yay Olimpiya Oyunları

    Cari ilin ən mötəbər hadisələri sırasında Tokio 2020 Yay Olimpiya Oyunlarını göstərmək olar. Bütün dünyanın diqqətini Yaponiyada birləşdirən Oyunlar 23 iyul-8 avqust tarixlərində keçirilib.
    2020-ci ildə pandemiya səbəbilə təxirə salınan oyunlar bir çox cəhətdən tarixə düşdü. Belə ki, 2021-ci ildə keçirilən Tokio-2020 fövqəladə vəziyyət səbəbilə ləğv edilməyib, təxirə salınan ilk Olimpiya Oyunları oldu.

    Bundan əlavə Olimpiya Oyunlarının tək ildə (4 ildən bir olduğu üçün həmişə cüt rəqəmli tarixdə keçirilib) keçirilməsi, stadionlara tamaşaçıların buraxılmaması da ilk dəfə baş verib.


    Yay Olimpiya Oyunlarında 205 Milli Olimpiya Komitəsi, həmçinin Beynəlxalq Olimpiya Komitəsinin qaçqınlar komandası mübarizə aparıb. 2021-ci ilin aprelin 6-da Şimali Koreya komandası pandemiya səbəbilə yarışlara qatılmayacağını elan edib.

    Ölkəmiz bu dəfə ki, Olimpiya Oyunlarında əvvəlki uğurlarından bir qədər kənar təsir bağışlayıb. Ölkəmizi təmsil edən idmançılar dördilliyin ən möhtəşəm idman tədbirində üç gümüş, dörd bürünc medala yiyələndilər.
    Bu göstəricini isə paralimpiyaçılarımız daha da yüksək səviyyəyə qaldırdı. Azərbaycan paralimpiyaçıları Tokio Paralimpiya Oyunlarında nə az, nə çox 19 medal qazandılar. İdmançılarımız 14 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxdılar, bundan əlavə bir gümüş və dörd bürünc medal komandamızın aktivinə yazıldı.

    Türkiyədə meşə yanğınları – Rusiya təyyarəsinin qəzaya uğraması

    Cari il qardaş Türkiyənin tarixində ən dəhşətli meşə yanğınları ilə də yadda qalıb. Meşə yanğınları iyul-avqust aylarında Türkiyənin cənub regionlarında baş verib.
    Böyük qismi Aralıq dənizi, Egey, Mərmərə və Cənub-Şərqi Anadolu regionlarındakı 47 rayonda yaranmış 239 meşə yanğınında doqquz nəfər həyatını itirib, yüzminlələ hektar meşə və yaşayış yeri külə dönmüş və minlərcə heyvan tələf olub.

    Meşə yanğınları 28 iyul 2021-ci il tarixində ilk olaraq Antalyanın Manavqat rayonunda başlayıb, küləyin və isti hava temperaturunun da təsiri ilə yaşayış yerlərinə sıçramışdır. 30 iyul tarixində Adana, Osmaniyyə, Mersin və Kayseri daxil olmaqla ümumilikdə 17 rayonda eyni vaxtda yanğın baş verib.


    Qardaş ölkəyə ilk yardım göndərən ölkələrdən biri məhz Azərbaycan oldu. Azərbaycanlı yanğınsöndürənlər meşə yanğınları ilə mübarizədə göstərdikləri qəhrəmanlıqla qardaş türk xalqının qəlbini fəth etdilər.
    Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının Türkiyəyə yardıma gedişi və gəlişi zamanı bir çox Türkiyə vətəndaşı avtomobil karvanının hərəkət etdiyi marşrut üzrə yol kənarlarında dayanaraq yanğınsöndürənlərimizə sevgilərini göstərdilər.

    Azərbaycan həmçinin Türkiyəyə amfibiya tipli təyyarəsini də göndərib. Belə təyyarələrdən biri də qonşu Rusiyadan Türkiyəyə yardım üçün göndərilib.
    Təəssüf ki, avqustun 14-də Türkiyənin Kahramanmaraş vilayətində baş verən meşə yanğınına müdaxilə edən Rusiyanın “Be-200” təyyarəsi qəzaya uğradı. Qəza zamanı təyyarənin bütün ekipaj üzvləri həlak oldu.

    Haitidə dəhşətli zəlzələ

    2021-ci ilin avqustun 14-də Haitidə yerli vaxtla 08:29-da cari ilin ən dəhşətli zəlzələrindən biri qeydə alınıb. Tiburon yarımadasındakı 7.2 ballıq zəlzələ bütün ölkədə dəhşətli fəsadlara səbəb olub.

    Zəlzələ nəticəsində 2 207 nəfər həlak olub, 12 268 nəfər yaralanıb. Zəlzələdən sonra sunami xəbərdarlığı edilsə də, xoşbəxtlikdən bu hadisə baş verməyib.
    Zəlzələ son 25 ildə Latın Amerikasında baş vermiş ən ölümcül zəlzələlərin onluğuna daxil olub.
    7,2 ballıq zəlzələ Haiti ilə yanaşı Yamayka, ABŞ-ın Florida ştatı, həmçinin Kubanın şərqində də hiss olunub.


    Nəticədə Haiti dövlətinə bir milyard dollardan çox zərər dəyib. Zəlzələ zamanı 60 700 ev dağılıb, 76 100 evdə zəlzələnin təsiri ilə dağıntılar baş verib. Zəlzələdən sonra ümumilikdə 1 200 000 nəfər, o cümlədən 540 000 uşaq yaşayış yeri, içməli su, qida və dərman kimi vasitələrdən məhrum olub.

    Kabilin süqutu – “Taliban”ın hakimiyyətə gəlməsi

    Bu ilin avqustun 15-i Əfqanıstan tarixi üçün olduqca təlatümlü hesab oluna bilər. Belə ki, məhz sözügedən tarixdə “Taliban” qüvvələri paytaxt üzərinə hücuma keçərək, hakimiyyət qüvvələrindən təmizlədi və ölkədə nəzarəti ələ keçirdi.

    Bu hadisədən bir neçə saat əvvəl ölkə başçısı Əşrəf Qəni sarayını tərk edərək ölkədən qaçdı. “Taliban”ın hakimiyyətə gəlməsi ilə ölkədəki digər dövlətlərə məxsus hərbi kontingentin varlığına da son qoyuldu. ABŞ qüvvələri çox sayda zirehli texnika, silah-sursat və aviasiya vasitəsini geridə qoyaraq Əfqanıstanı tərk etməyə məcbur oldu.


    Həmçinin bu il Əfqanıstanda xidmət göstərən Azərbaycan sülhməramlıları da Vətənə geri döndü. Azərbaycan sülhməramlıları xüsusən Kabil hava limanındakı fəaliyyəti ilə fərqləndi.
    Hava limanında “Taliban”ın hakimiyyətə gəlməsindən sonra ölkəni tərk edən xarici dövlətlərin vətəndaşlarının, diplomatik missiya heyətinin, eyni zamanda keçmiş hökumət dövründə xarici dövlətlərin səfirlikləri ilə əməkdaşlıq edən Əfqanıstan vətəndaşlarının təxliyyəsi prosesinə Azərbaycan sülhməramlıları da türkiyəli həmkarları ilə birlikdə uğurla nəzarət etdi.

    Pandemiya – ölənlərin sayı 5 milyonu keçdi

    Təəssüf ki, dünya 2021-ci ildə də pandemiyadan yaxasını qurtara bilməyib. Zaman-zaman məhdudiyyətlərdə yumşalmalar olsa da, ümumən bütün dünya hələ də pandemiyanın təsirlərini öz üzərində hiss edir.

    Cari ilin oktyabrın 31-də dünya üzrə koronavirusdan ölənlərin sayı 5 milyonu ötüb keçib. Bütün dünyada koronavirusa qarşı peyvəndlərin geniş tətbiqinə baxmayaraq, yenə də pandemiyaya qalib gəlmək mümkün olmayıb.


    Cari ildə koronavirusun “Delta”, “Omikron” kimi yeni ştammları dünyada hökm sürüb. Xüsusən “Omikron” ştammı ilin sonunda belə böyük təhlükə olaraq vurğulanır. Yüksək yoluxduruculuğa sahib ştammın 2022-ci ildə də dünya üçün təhdid olaraq qalacağını əminliklə demək mümkündür.

    Alimlər isə hələ də pandemiyadan çıxış yolunun peyvənd olduğunu söyləyir. Dünya əhalisinin 70 faizindən çoxunun peyvəndə qarşı immunitetə sahib olmasının koronavirus bəlası üzərində qələbənin açarı olacağı bildirilir.

    Rusiyada mədəndə dəhşətli partlayış

    2021-ci ildə dünyada təbii fəlakətlərlə yanaşı, eyni zamanda texnogen xarakterli faciələr də qeydə alınıb. Bunlardan 2021-ci ilin noyabrın 25-də Rusiyanın Kemerovo vilayətindəki “Listvyajnaya” kömür mədənində baş vermiş partlayış xüsusilə qeyd olunmalıdır.


    Mədəndəki partlayış nəticəsində 51 nəfər həlak olub. Yaralıların sayının 106-ya çatdığı bildirilir. Ölənlər arasında beş nəfəri qəzanın fəsadlarının aradan qaldırılması üçün əraziyə cəlb edilmiş xilasedicilər sırasından olub.
    Faciə ilə əlaqədar Kuzbasda 26-28 noyabr tarixlərində üç günlük matəm elan olunub.

    Dünya xəritəsində yeni dövlət – Barbados

    Noyabrın 30-da Karib dənizindəki Barbados ada dövləti rəsmi olaraq respublika elan olundu. Eyni zamanda oktyabrda seçilən ölkə Prezidenti Sandra Meyson da vəzifəsinin icrasına başladı.

    Böyük Britaniya kraliçası II Elizabet bundan sonra Karib hövzəsi dövlətinin başçısı olmayacaq. Mərasim Barbados hökumətinin saytında yayımlanıb. Britaniya taxt-tacının varisi, Uels şahzadəsi Çarlz mərasimin qonağı olub.


    Barbados Böyük Britaniyanın rəhbərlik etdiyi birlik daxilində müstəqil dövlətdir. Ada respublika elan edildikdən sonra da ittifaqın tərkibində qalacaq.
    Barbadosun müstəqillik qazanması ilə yanaşı mərasimdə daha bir maraqlı məqam qeydə alınıb. Belə ki, tədbirdə Barbados əsilli müğənni Rihanna ana vətəninin Milli Qəhrəmanı adına layiq görülüb.

    Tədbirdə çıxış edən Barbadosun Baş naziri Mia Mottli müğənni barədə bu fikirləri səsləndirib:
    “Bir millət və qürurlu xalq adından sizi – səfirimiz Robin Rihanna Fentini Barbadosun milli qəhrəmanı elan edirik. Almaz kimi parlamağa və ölkənizin qüruru olmağa davam edin”.

    Onu da qeyd edək ki, müğənni Rihanna 2018-ci ildən Barbadosun ABŞ-da fövqəladə və səlahiyyətli səfiridir.

    Orxan TAĞIYEV

    Oxunub: 668
    Xəbəri paylaş
    • Facebook
    • X
    • Whatsapp
    • Telegram
    Paylaş:
    
    • Xəbər xətti

      17-11-2025
      11:00 | Erməni diasporu və Moskva Paşinyana qarşı BİRLƏŞİR - Tomas de Vaal
      10:55 | MÜHARİBƏ BAŞLAYIR - Bu ölkədə PREZİDENTİN QAÇMASI müzakirə edilir /"Politico"
      10:45 | “Ukraynanın heç bir şansı yoxdur”-  “Kiyevə maliyyə dəstəyi vermək dəlilikdir”
      10:40 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      10:33 | Prezident İlham Əliyev Milli Dirçəliş Günü münasibətilə paylaşım edib
      10:30 | "HƏMAS" ABŞ-nin Qəzza ilə bağlı qətnaməsinə qarşı çıxıb - "Əl-Cəzirə"
      10:15 | TÜRKİYƏNİN ZƏRBƏSİ RUSİYANI SARSITDI - Putin dərhal Trampın "qapısını" döydü...
      10:10 | Rusiya ordusu Ukraynanın Xarkov vilayətinə zərbələr endirib
      09:20 | "Quru qoşunlarını Venesuelada yerləşdirməyə hazırıq"- Pentaqon rəsmisi
      09:15 | ƏDV limiti artırılır, nağdsız ödənişlərə güzəşt verilir - VİDEO
      09:10 | Sənədsiz evlər problemi yenə gündəmdə - Həlli niyə yubanır?
      16-11-2025
      18:25 | Azərbaycan Mərkəzi Asiya Məşvərət Görüşlərinin tamhüquqlu üzvü oldu
      18:20 | İlham Əliyevin DAŞKƏNDDƏ ETDİYİ ÇIXIŞIN TAM MƏTNİ - FOTOLAR
      18:15 | Azərbaycan Nəşriyyatı növbəti ildən necə maliyyələşəcək?
      18:10 | Tramp 82 milyon dollar dəyərində istiqraz alıb
      18:05 | İsrailin müdafiə naziri Kats: Fələstin dövləti yaradılmayacaq
      18:01 | Orbandan sensasion iddia: “Ukrayna müharibəsi çox yaxın zamanda bitəcək”
      17:45 | LƏNƏTLƏNMİŞ MEŞƏ: Niyə BERMUD ÜÇBUCAĞI adlanır?
      17:40 | Türkiyədə baş verən aviaqəzalar - C-130 nə qədər can alıb?
      17:30 | Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı - Tehranın planı
      17:25 | Almaniya PUA-lardan müdafiə sisteminə 100 milyon avro qoyacaq
      17:18 | "Ukrayna Fransa ilə tarixi saziş hazırlayıb" -  Zelenski
      09:40 | MÜASİR CÜTLÜKLƏR NİYƏ DAHA TEZ AYRILIR? -  Alimlər 4 səbəbi müəyyən edib
      09:35 | Fidan: "F-35"lərlə bağlı məsələ yaxın zamanda həll oluna bilər
      09:33 | Gədəbəydə ata oğlunu qətlə yetirib - Araşdırma aparılır
      09:30 | ABŞ-dan "Lukoyl"la bağlı yeni qərar: Sanksiyaları daha 3 həftə təxirə salıb
      09:25 | Azərbaycan millisi bu gün Fransa ilə üz-üzə gələcək
      01:00 | ABŞ RUS QAZINI Avropadan “ÇIXARMAĞA" ÇALIŞIR -  Maliyyə Nazirliyi treyderi xəbərdar edib
      00:57 | Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib -  YENİLƏNİB /VİDEO
      00:55 | Hərbi əsirlərin geri qaytarılması ilə bağlı danışıqlar başlayıb - Rüstəm Umerov
      00:50 | Əhməd əş-Şaraa terrorçular siyahısından çıxarıldı
      00:45 | Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ - Deputat: “Elə nazir var bir neçə müşavir götürüb..."
      00:40 | “DEYİR, TƏHSİL ONSUZ DA DİBƏ GEDİR, BİR EKSPERİMENT EDƏK...”- “Nazir müəllimlərin harada oturub gözləyəcəyini də bilmir”
      00:33 | "Ukrayna gələn onilliyin əvvəlində Aİ-nin üzvü olacaq"- Polşa XİN rəhbəri
      00:30 | Daşkənddə dövlət başçılarının şərəfinə atəşfəşanlıq olub - FOTOLAR
      00:25 | Ət bazarında BÖHRAN DƏRİNLƏŞİR:  Bahalaşma nə qədər davam edəcək? /Təhlil
      00:20 | Gecə hücumu: Rusiya hipersəs raketləri ilə zərbə endirdi
      00:17 | FDD: Azərbaycan İbrahim Sazişləri ilə əsas tərəfdaşa çevrilir
      00:15 | Türkiyə millisindən Bolqarıstan üzərində inamlı qələbə
      00:13 | Ukrayna müharibəsi gələcəyin döyüş laboratoriyasıdır - Metyu Uitaker
      00:10 | XİN başçılarının müzakirə etdiyi məsələlər açıqlanıb -  YENİLƏNİB
      00:00 | Ermənilər Moskvada ayağa qalxdı: Kilsəyə hücumlara qarşı etiraz
      15-11-2025
      20:00 | İlham Əliyev Beynəlxalq Mükafatın təqdimat mərasimində -  FOTO
      19:55 | Hitlerin yəhudi olmadığı təsdiqləndi - Yeni FAKTLAR
      19:50 | “AKKORD"un keçmiş sahibi İLQAR HACIYEV Baş Prokurorluğa ÇAĞIRILDI - Təqsirləndirilən şəxs qismində
      18:00 | Azərbaycan-Fransa oyununa böyük maraq -  Stadion tam dolu olacaq
      17:50 | Prezident İlham Əliyev Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub
      17:10 | Həbsdə olan vəkillə bağlı qərar - “Gəncə şəhər Məhkəməsi əsassız qadağa qoydu"
      17:00 | Dünyanın ən ÖLDÜRÜCÜ SİLAHI: Atom və nüvə bombalarından nə ilə fərqlənir?
      16:00 | İlham Əliyev DAŞKƏNDDƏ Mirziyoyevlə təkbətək GÖRÜŞDÜ - FOTO /Yenilənib
      13:35 | Hər doğulan uşağa 1200 dollar -  Zelenski yeni qanun imzaladı
      13:30 | "İndiyə qədər dilimə içki dəyməyib"- 79 yaşlı Tramp
      13:20 | Manaf Cəlilzadə Baş Prokurorluğa çağırılıb - təqsirləndirilən şəxs qismində
      13:15 | Leysan olacaq, şimşək çaxacaq, dolu düşəcək -  Xəbərdarlıq
      13:00 | Özünü təkzib edən HƏRDƏMXƏYAL NAZİR VƏ MÖVCUD ACINACAQLI DURUM...- Replika
      12:45 | "Real Madrid" daha bir türkiyəli ulduzu - Yıldızı transfer etmək istəyir
      12:35 | Rus ordusunun son sutkadakı itkiləri açıqlanıb -  SİYAHI
      12:30 | Ukraynada deputat mandatlarını 160 min dollara satan siyasətçi saxlanılıb
      12:20 | Vatsap bu gündən bəzi telefonlarda işləməyəcək -  SIYAHI
      12:15 | SƏFİRLIYİMİZƏ “PATRİOT”LA HÜCUM OLUB? -  Kreml təbliğatı yenə “iz azdırır”.../ŞƏRH
      12:00 | Tramp İranın ABŞ ilə nüvə sazişinə hazır olduğunu bildirib
      11:22 | DÇ-2026: IX turda daha 10 qarşılaşma keçiriləcək
      11:15 | Azərbaycanda 9 ay ərzində 77,7 min yeni iş yeri açılıb - Hansı regionda, nə qədər?- CƏDVƏL
      11:00 | Rusiyadan Bakıya maral buynuzu gətirmək istəyən şəxs tutuldu - cinayət işi açılıb
      10:45 | HİTLERİN ALİMLƏRİ ŞOKA SALAN SİRLƏRİ: Diktator NƏYİ GİZLƏDİB?
      10:30 | Gömrük postunda dəyəri 90 milyon dollardan çox olan heroin aşkarlanıb
      00:55 | “Wargonzo”nun təxribatçı jurnalisti Ermənistana buraxılmadı
      00:50 | Rusiyada ağır yol qəzasında ölənlərin sayı artıb
      00:45 | BMT-nin Baş katibi Kiyevdə Azərbaycan səfirliyinə raket zərbəsini pisləyib
      00:40 | YENƏ KİYEV, YENƏ AZƏRBAYCAN SƏFİRLİYİ...- Təsadüfdürmü? /FOTO
      00:35 | Asiya İnkişaf Bankının yeni prezidenti İlham Əliyevin QƏBULUNDA
      00:30 | Zəngəzur dəhlizi (TRİPP) hansı ərazilərdən keçəcək? -  DETALLAR
      00:25 | Dövlət agentliyi 1,3 milyon manata 15 mənzil alır
      00:20 | Həbsdəki keçmiş icra başçısının səhhəti pisləşdi -  Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib...
      00:15 | “ƏLİYEVLƏ RAZILIĞA GƏLDİK Kİ...”- Paşinyan o görüşün bəzi detallarını AÇIQLADI
      00:10 | İmamoğlu meşədə niyə qazıntı aparırmış?- Peyk görüntüləri yayıldı /VİDEO
      00:05 | Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar -  SİYAHI
      00:03 | Paşinyan Ermənistanda 10 yeni məscid TİKƏCƏK - İDDİA
      00:00 | Azərbaycan əhalisinin SAYI AÇIQLANDI - 49,8 faizi kişilər, 50,2 faizi qadınlar
      14-11-2025
      19:05 | Zelenski Azərbaycan Prezidentinə zəng edib - Səfirliyə növbəti raket zərbəsi...
      19:00 | "AZƏRSİLAH" holdinqin ZAVODUNDA QƏZA - Ehtiyatda olan mayor həlak olub /FOTO /Yenilənib
      18:45 | Azərbaycanda 10 ayda 2.6 tona yaxın qızıl istehsal edilib
      18:40 | Putin TŞ-nin müşavirəsini keçirib -  Lavrov müşavirəyə qatılmayıb
      18:30 | Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb - Təqsirləndirilən şəxs qismində
      18:25 | "Səfirliyin raket zərbəsinə məruz qalması qəbuledilməzdir" -  Prezident
      18:20 | AZƏRBAYCAN RUSİYAYA NOTA VERDİ -  Səfir nazirliyə çağırılıb
      18:16 | Altay Göyüşov Baş Prokurorluğa çağırılıb
      14:30 | Xankəndidə türk dövlətlərinin təhlükəsizlik orqanlarının iclası keçirilib -  FOTOLAR
      14:25 | Xərclərimizin yarısı ərzaq məhsullarına sərf olunub -  STATİSTİKA
      14:15 | Türkiyənin yeni prezidenti o olacaq - Sorğunun nəticəsi AÇIQLANDI
      14:00 | KƏND TƏSƏRRÜFATINDA HƏDƏFLƏRƏ NAİL OLUNMAYACAQ -  Hesablama Palatasından bədbin RƏY
      13:55 | "Şərurlu İsfəndiyar" MƏHKƏMƏDƏ: "Möhtərəm hakim, mən sizdən narazıyam..."
      13:46 | Cənubi Koreya və ABŞ birgə təhlükəsizlik memorandumu imzaladı
      13:40 | Xankəndidə mənzillər tikilib satışa çıxarılacaq
      13:15 | Şənbə günü bəzi rayonlara leysan yağacaq - Hava proqnozu
      13:00 | ТАК НАЗЫВАЕМЫЙ "ГЕНОЦИД АРМЯН": ИСТОРИЯ, ЦИФРЫ И МИФЫ
      12:20 | Azərbaycan -Türkiyə qardaşlığına qarşı təxribatlar -  “Rusiya və İran agenturası 4 istiqamətdə iş aparır”
      12:00 | Təyyarə qəzasında şəhid olan hərbçilərlə Ankarada vida mərasimi keçirilir
      11:55 | Novorossiysk və Saratov vuruldu - “S-400” və “Kalibr” anbarları da hücuma məruz qalıb
      11:50 | Dövlət sirrini yaymaqda təqsirləndirilən şəxsin məhkəməsi başlayıb
      Davamı

    • Baş redaktor:
      Mehriban Ələsgərova
      Mob:  (055) 250-77-79
      Email: [email protected]
    • Ünvan: Bakı şəhəri, Mətbuat pr, 529-cu məhəllə, "Azərbaycan" nəşriyyatı 3-cü mərtəbə
    • Copyright © 2019 Press-fakt.az
      Created Web Media
      Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
      keçidin qoyulması, saytımıza istinad mütləqdir.