Sevil Əliyevadan Dünya Azərbaycanlılarına bayram MESAJI
Əziz, Bacılar və Qardaşlar!
Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni 2022-ci il münasibətilə təbrik edir, hər birinizə möhkəm can sağlığı, uzun ömür və xoşbəxtlik arzulayıram.
30 ildən sonra ikinci dəfə Yeni ili və Dünya Azərbaycanlılarının Həmrəylik Gününü Qarabağla birlikdə bütöv Azərbaycanda qeyd etmək hamımızın sevincinə xüsusi sevinc qatır.
Bu sevinci bizə bəxş edən Prezident İlham Əliyevə, hər bir Zabitimizə və Əsgərimizə təşəkkür edir, Qazilərimizə şəfa diləyir, bütün Şəhidlərimizin Ruhu qarşısında baş əyirəm.
Allah hər birinizi, dəyər verdiklərinizi və Sizləri dəyərləndirənləri qorusun, bütün arzularınıza çatdırsın.
Bayramımız mübarək!
Hər şey daha da yaxşı olacaq!
Hörmətlə, Sizin Sevil Əliyeva
Oxunub: 620
Xəbəri paylaş
Paylaş: