Qazaxıstan prezidenti hökuməti istefaya göndərdi
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkə hökumətinin istefasını qəbul edib.
Globall.az-ın məlumatına görə, bu barədə dövlət başçısının mətbuat xidmətindən bildiriblər.
"Qazaxıstan Respublikası Hökumətinin istefası qəbul edilsin. Qazaxıstan Respublikasının Baş nazirinin səlahiyyətlərinin icrası müvəqqəti olaraq Əlixan Asxanoviç Smailova həvalə edilsin", - deyə dövlət başçısının fərmanında deyil.
Qeyd edilir ki, hökumət üzvləri hökumətin yeni tərkibi təsdiq olunana qədər öz vəzifələrini icra etməyə davam edəcəklər.
"Bu Fərman imzalandığı gündən qüvvəyə minir", - deyə qeyd edir
Oxunub: 141
Xəbəri paylaş
Paylaş: