Ukraynanın xarici işlər naziri Dmitri Kuleba britaniyalı həmkarı Elizabet Trass ilə telefon danışığında Rusiya ilə qarşıdurma məsələsində mövqelərin əlaqələndirilməsini müzakirə edib.“globall.az” xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.Qeyd olunub ki, diplomatlar Rusiyanın aqressiv hərəkətləri, NATO, ATƏT və Avropa İttifaqı vasitəsilə yaxın həftələrdə müxtəlif formatlarda keçiriləcək diplomatik danışıqlar fonunda Ukrayna və Böyük Britaniyanın mövqelərini razılaşdırıblar.Böyük Britaniyanın xarici işlər naziri bildirib ki, ölkəsi rəsmi Kiyevə dəstəyini davam etdirəcək: “Ukraynasız Ukrayna ilə bağlı qərarların qəbul edilməməsi prinsipinə sadiqik”.“Biz birlikdə Kiyevin noyabrda təklif etdiyi Rusiyanın hərtərəfli blokada paketinin həyata keçirilməsinə doğru inamla irəliləyirik . Mühafizə paketinə siyasi, iqtisadi və təhlükəsizlik məsələləri daxildir. Bu prosesdə liderliyinə görə Böyük Britaniyaya minnətdarıq”, - deyə Kuleba bildirib.