Almatıda Meriya binası və Prokurorluq yanır
Qazaxıstanın Almatı şəhərində etirazçılar yerli şəhər administrasiyasının (akimat) binasını yandırıblar. Son məlumata görə, etirazçılar akimat binasına daxil olublar.
Onların əllərində səs bombaları, həmçinin qalxan və dəyənəklərin olduğu bildirilir. Məlumata görə, hazırda aksiyaçıların başqa bir hissəsi prezidentin köhnə iqamətgahına soxulmağa çalışır.
Şahidlərin sözlərinə görə, akimat ərazisində atəş səsləri eşidilir, binanın üstündən qara tüstü qalxır. Bundan başqa şəhər prokurorluğu binası da yandırılıb.
Qeyd edək ki, Qazaxıstanda etiraz aksiyaları yanvarın 2-də Janaozen və Aktau şəhərlərində başlayıb. Şəhər sakinləri maye qazının ikiqat bahalaşmasına etiraz olaraq küçələrə çıxıblar.
Prezident Kasım-Jomart Tokayev vəziyyəti öyrənmək üçün komissiya yaradılmasına göstəriş verib və o, yanvarın 4-də etirazçıların əsas tələbini yerinə yetirməyə, qazın qiymətini aşağı salmağa hazır olduğunu bildirib.

Oxunub: 464
Xəbəri paylaş
Paylaş: