Deməli, cənab Kopırkin bayağı sinizmlə məşğuldur- erməni politoloq
"Fransanın Aİ Şurasına sədrliyi Ermənistan üçün həm Fransa, həm də Avropa İttifaqı ilə münasibətlərimizi təzələmək, yeniləmək üçün yaxşı fürsətdir". Globol.az xəbər verir ki, bunu erməni politoloq Ruben Mehrabyan deyib.Onun sözlərinə görə, Ermənistanda mütəxəssis çatışmazlığı varsa, o zaman Avropada da məsləhətçilər işə götürülməlidir ki, bütün bunlar lazımi vəziyyətə gətirilsin və bir an öncə proqramlar işə salınsın.
"Və əgər cənab Kopirkin (Rusiyanın Ermənistandakı səfiri - red.) erməni xalqına yeni il müraciətində zamanın bunların boş sözlər olmadığını göstərdiyini deyibsə, Rusiya sübut etməlidir ki, bunlar boş sözlər deyil. İstənilən yaxşı niyyət o deməkdir ki, dost hesab etdiyiniz ölkə nə qədər çox inkişaf etsə, bir o qədər yaxşıdır. Əgər Rusiya bunu rəhbər tutmursa, deməli, cənab Kopirkin bayağı sinizmlə məşğuldur və sadəcə olaraq erməni xalqını çaşdırmağa çalışır. Rusiya özünü "açar" kimi aparmalı olsa, buna uyğun şəkildə davranılacaq", - deyə Mehrabyan bildirib.
Oxunub: 303
Xəbəri paylaş
Paylaş:




















