"İran həmişə Zəngəzurda konsulluq açmaq istəyib, lakin Ermənistan..."- Beqicanyan

Globol.az xəbər verir ki, bunu erməni iranşünas Emma Beqicanyan deyib.
Onun sözlərinə görə, iranlılar həmişə Zəngəzurda konsulluğun olmasında maraqlı olublar, Ermənistan hökumətləri isə müxtəlif vaxtlarda müxtəlif səbəblərdən buna dəstək verməyib.
"Yəqin ki, indi bunun zərurət olduğunu anlayaraq razılığa gəliblər. Bu halda da dəstək verməsəydilər, düzgün anlaşılmazdı", - deyə Beqicanyan bildirib.
Erməni iranşünas qeyd edib ki, İranın Azərbaycandakı səfiri Abbas Musəvi Tehran və Bakının fikir ayrılıqlarını aradan qaldırdığına əmin olduğunu bildirib.
Oxunub: 373
Xəbəri paylaş
Paylaş: