Polşa ordusu bu il daha çox PUA alacaq
Nazirliyin saytında dərc edilən məlumata görə, nazir Mariuş Blaşçak deyib ki, Polşa Ordusu üçün PUA alınması müqaviləsini təsdiqləyib.
O, PUA-ların ölkə daxilində istehsal edildiyini bildirib.
“Şübhə yoxdur ki, PUA-lar müasir döyüş meydanında son dərəcə zəruri və vacibdir. Bugünkü münaqişələri izləyən hər kəs bilir ki, onlardan istifadə olunur və mühüm silahdır”, - deyə nazir qeyd edib.
Nazir “Wizier” kod adı altında mini PUA sistemlərinin tədarükü üçün müqaviləni təsdiqləyib. Müqavilə logistika və təlim paketi ilə birlikdə bu PUA-ların 25 dəstinin çatdırılmasını nəzərdə tutur.
“Wizier” PUA-ları elektro-optik başlıqlardan istifadə etməklə təsvirin tanınması (IMINT) sahəsində Quru Qoşunları və Xüsusi Təyinatlı Qüvvələrin ehtiyacları üçün nəzərdə tutulacaq.