Dünyada koronavirusa yoluxma hallarının sayı 300 milyonu ötüb
Globol.az xəbər verir ki, cümə günü Bakı vaxtı ilə saat 7:00-a olan məlumata görə, dünyada qeydə alınan COVID-19-a yoluxma hallarının sayı 300 002 021-ə çatıb. Qeyd edilir ki, pandemiya ərzində 5 471 856 nəfər koronavirusdan ölüb.
Dünyada koronavirusa ən çox yoluxma və ölüm halı ABŞ-da (58 449 898) qeydə alınıb. Siyahıda ikinci yerdə Hindistan (35 109 286) və Braziliya (22 328 252) qərarlaşıb.
Koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.