Qazaxıstan Prezidenti: "İğtişaşçılarla heç bir danışıq aparılmayacaq"
Globol.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev öz tviter hesabında yazıb.
Tokayev bildirib ki, bütün səylərə baxmayaraq, etirazlar iğtişaşlara səbəb olub.
Prezident vurğulayıb ki, iğtişaşçılarla heç bir danışıq aparılmayacaq.
“Qazaxıstan xarici diplomatik nümayəndəliklərin, habelə xarici şirkətlərin və investorların şəxsi heyətinin və əmlakının təhlükəsizliyini və mühafizəsini təmin edəcək”, - Tokayev əlavə edib.