Zakir Həsənov: "Terrorla mübarizədə daim Türkiyə Silahlı Qüvvələrinin yanındayıq"
Bu barədə Globol.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Başsağlığıda deyilir: "Şanlıurfanın Akçakale bölgəsində xaincəsinə edilmiş terror hücumu nəticəsində, şanlı türk ordusunun 3 hərbi qulluqçusunun şəhid olması xəbəri məni dərindən kədərləndirdi.
Sizin acınız bizim də acımızdır.
Terrora qarşı aparılan kəskin mübarizədə daim qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və Sizi var gücümüzlə dəstəkləyirik.
Şəhid olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin".