Böyük Çin səddində uçqun baş verdi
Ötən günlərdə Çində baş vermiş 6,3 bal gücündə zəlzələ nəticəsində Böyük Çin səddinin 2 metrlik hissəsində uçqun baş verib.
Globol.az xəbər verir ki, bu barədə “Qlobal Tayms” məlumat yayıb.
“Qansu əyalətinin Şandan uezdində Böyük Çin səddinin iki metrilk hissəsi uçub”, - deyə bildirilib.
Zəlzələdən sonra müvafiq orqanların əməkdaşları tarixi abidənin çökən hissəsinə baxış keçirib. Mütəxəssislər dərhal abidənin bərpası ilə bağlı tədbirlərə başlayıblar.
Məlumata görə, həmin hissə Min sülaləsi (1368-1644-cü illər) dövründə inşa edilib.
Oxunub: 214
Xəbəri paylaş
Paylaş: