Avropa Parlamentinin sədri xəstəxanaya yerləşdirildi
Avropa Parlamentinin sədri David Sassoli İtaliyada xəstəxanaya yerləşdirilib.
Bu barədə Sassolinin mətbuat katibi Roberto Kuillo məlumat yayıb. O bildirib ki, siyasətçi immunitet sisteminin disfunksiyası nəticəsində yaranan fəsadlar səbəbindən xəstəxanaya yerləşdirilib.“Sassoli dekabrın 26-da İtaliyadakı tibb müəssisələrindən birinə yerləşdirilib. Bununla əlaqədar olaraq, Avropa Parlamenti sədrinin istənilən rəsmi fəaliyyətinə xitam verilib”, - deyə Kuillo qeyd edib.
Oxunub: 272
Xəbəri paylaş
Paylaş: