Qazaxıstanda aksiyalar zamanı məhkəmə hakimi ölüb
Qazaxıstandakı kütləvi etiraz aksiyaları zamanı Almatı şəhəri İnzibati Xətalar üzrə İxtisaslaşdırılmış Rayonlararası Məhkəmənin hakimi Murat Abrayev öldürülüb.
Globol.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Almatı Şəhər Məhkəməsinin mətbuat xidməti bildirib.
Yanvarın 11-nə olan məlumata görə, Qazaxıstanın müxtəlif şəhərlərində keçirilən etiraz aksiyaları və baş verən iğtişaşlar nəticəsində 9 900 nəfər saxlanılıb, güc strukturlarının 17 əməkdaşı ölüb, 1300-dən çox polis əməkdaşı xəsarət alıb.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yanvarın 10-da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının videokonfrans formatında keçirilən çıxışında aksiyalar və iğtişaşlar nəticəsində ölən və yaralanan dinc sakinlər barədə məlumatın dəqiqləşdirildiyini bildirib.