"Neftçi" braziliyalı hücumçunu heyətinə qatıb
Braziliyanın "İnternasional" klubundan ayrılan futbolçu Gilyerme Pato karyerasını Azərbaycanda davam etdirəcək.
Globol.az "Report"-a istinadən xəbər verir ki, 21 yaşlı hücumçu "Neftçi" ilə anlaşıb.
Braziliyalı forvardın müqaviləsinin detalları barədə məlumat açıqlanmayıb.
Qeyd edək ki, "İnternasional"ın yetirməsi olan Gilyerme Pato 2020/2021 mövsümündə icarə əsasında "Ponte Preta"da, 2021-ci ilin ikinci yarısında isə "Kuyaba"da çıxış edib.
Oxunub: 320
Xəbəri paylaş
Paylaş: