ABŞ Rusiyaya növbəti dəfə xəbərdarlıq edib
“Ciddi iqtisadi addımlar və bəzi ixracat məhdudlaşdırılmalarının Rusiyaya ciddi təsiri olacaq”.
Globol.az “Report”-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoria Nuland deyib.
O, Rusiyanın Ukraynanı təhdid etdiyini, Avropada təhlükəsizliyi zərbə altına atdığını bildirib: “Rusiya Ukrayna üzərindəki təzyiqləri dayandırmasa, ABŞ müttəfiqləri ilə birlikdə Rusiyaya qarşı ciddi addımlar atmağa hazırdır. Müttəfiqlərimizlə əməkdaşlığa çox inanırıq. Təxminən 2 ay yarımdır ki, bu istiqamətdə müxtəlif səviyyələrdə işlər gedir”, - o deyib.
Qeyd edək ki, Viktoria Nuland dünən NATO baş katibi Yens Stoltenberqlə görüşüb. Görüş zamanı əsas müzakirə mövzusu Rusiya-Ukrayna arasındakı münasibətlər olub.
Oxunub: 242
Xəbəri paylaş
Paylaş: