Rusiyanı cilovlamaq üçün böyük resurslar ayrılır

NATO Rusiyanı cilovlamaqda qərarlıdır, bunun üçün böyük resurslar ayrılır.
Globol.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.
"NATO siyasətinin və hərbi inkişafının önündə Rusiyanı cilovlamaq vəzifəsi durur. Bunun üçün nəhəng resurslar ayrılır, gizlədilmir ki, alyansın əsas məqsədi də budur və məhz bu fakt Avropa təhlükəsizliyini başqa prinsiplər əsasında qurmaq cəhdlərinə dağıdıcı təsir göstərir", - Qruşko qeyd edib.
Oxunub: 196
Xəbəri paylaş
Paylaş: