“Azəriqaz”ın rəhbəri limitlərin ləğv edilməsi barədə:
Aztəminatlı insanlar nəzərə alınır
Bu il “Azəriqaz” İstehsalat Birliyi sayğaclarla bağlı bir sıra innovativ yeniliklər etməyə və yükləməni onlayn həyata keçirməyə imkan verəcək sistemlərin tətbiqinə başlayır. Mexaniki sayğaclar üzərində quraşdırılacaq yeni sistemlər həm abonentlərin rahatlığı baxımından, həm də “Azəriqaz” İB əməkdaşları üçün əhəmiyyətli imkanlar təqdim edir.
Globol.az xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Oxu.Az-a müsahibəsində yeni sistemlərin quraşdırılması ilə bağlı işlərin hansı mərhələdə olduğundan, onların funksiyaları və ən əsası bu vasitələrlə abonentlərə hansı xidmətlərin təqdim edilə biləcəyindən danışıb. Baş direktor həmçinin il ərzində qazlaşdırma planları, eləcə də əhali abonentləri üçün standart qiymətlərin tətbiq edilə bilmə ehtimalı və digər məsələlər barədə də məlumat verib.
- 2022-ci ildə “Azəriqaz” İstehsalat Birliyi hansı yeniliklərin tətbiqini reallaşdıracaq? Bunun abonentlər üçün əhəmiyyəti barədə danışa bilərsiniz?
- 2022-ci ildə də əsas məqsədimiz abonentləri fasiləsiz və təhlükəsiz şəkildə qazla təmin etməkdən ibarətdir. Bununla yanaşı il ərzində abonentlərin rahatlığı üçün bir neçə innovativ yeniliklər də olacaq. Artıq 2021-ci ildən biz radiodalğalı sayğacların tətbiqinə başlamışıq. Bu yenilik ilə mexaniki sayğacların kənardan oxunuşunu, debitor borca görə qazın verilişinin dayandırılmasını həyata keçirə biləcəyik. Müvafiq sistem yeni binalarda, MTK-larda tətbiq olunub. 30 minə yaxın qurğu quraşdırılıb, 10 minə yaxını quraşdırılmaq üzrədir. Eləcə də, istismara verilən yeni binalarda da mütləq şəkildə sayğaclarda bu qurğuluların quraşdırılması şərt kimi qoyulub.
Bu il bizim ən böyük layihələrimizdən biri də simkart tipli sayğacların tətbiqidir. Belə ki, sayğacların üzərində kart sistemini dəstəkləyən xüsusi qurğu quraşdırılacaq və hər birinin fərdi simkartları olacaq. Danışıqlar son mərhələdədir. Layihə ilə bağlı mobil şəbəkələrlə müqavilə baş tutmalıdır. Bu sistem hər bir sayğacı fərdi şəkildə görməyə, oxunuşunu həyata keçirməyə imkan verəcək. Hətta sayğaca müdaxilə halını aşkar edə, həmin sayğacları əvvəldən ödənişli və ya sonradan ödənişli sayğaclar kimi də istifadəyə verə biləcəyik. Təbii ki, bu abonentlərin istəyinə bağlıdır. Həmçinin, abonentlər mobil vasitələrlə ödəniş edərək ödənişə uyğun qaz həcmi ilə təmin ediləcəklər. Bu qurğulardan ilkin olaraq 10 min ədədinin sifarişi üçün tenderin keçirilməsi prosesi aparılır, yaxın bir neçə ay ərzində qurğuları hansı təşkilatdan alacağımız müəyyən olunacaq.
- Bu yeniliklərin “Azəriqaz” üçün nə demək olduğunu açıqlaya bilərsiniz?
- Prosesi davamlı olaraq sona çatdırsaq sayğacların artıq uzaqdan oxunuşunu həyata keçirə biləcəyik. Bununla da əməkdaşlarımız daha səmərəli fəaliyyətlə - sızmaların aradan qaldırılması, avadanlıqların texniki baxışının həyata keçirilməsi ilə məşğul ola biləcəklər. Halbuki təkcə sayğacların oxunuşu zamanı əməkdaşlarımız 10 gün müddətinə bütün işlərini dayandırırlar. Əslində, dünyanın bir çox ölkəsində qazın dayandırılması, onun verilişinin bərpası və s. əməliyyatlar abonentlərin üzərinə düşür. Lakin ölkəmizdə bütün kommunal xidmətlər, eləcə də tariflər tam sosialyönümlü olduğundan, “bütün hallarda abonent haqlıdır” - prinsipi əsas götürülür. “Azəriqaz” qazı dayandırmaq üçün də, verilişini yenidən bərpa etmək üçün də vəsait sərf edir. Lakin, sadaladığım dəyişikliklər tətbiq edildikdən sonra biz debitor borca görə qazı bazadan dayandıra biləcəyik. Əgər abonentin hər dəfə “Azəriqaz”la problem yaşadığını müşahidə etsək, biz onun sayğacını əvvəldən ödənişli sayğac prinsipinə qoşacağıq. Gördüyünüz kimi yeni sistemin imkanları da