İran və Qazaxıstan XİN başçıları arasında telefon danışığı olub
Globol.az “Report”-a istinadən xəbər verir ki, görüşdə nazirlər ikitərəfli əlaqələri və regional məsələləri müzakirə ediblər.
“İran Qazaxıstanda baş verən hadisələri əvvəldən izləyir. Qazaxıstanın milli suverenliyini dəstəkləyərək bu ölkəyə xarici müdaxiləni qınayır”, H.Abdullahian bildirib.
M.Tilberdi isə ölkəsinin İrana yönəlik xarici siyasətinin prinsiplərini davam etdirir: “İranın xarici işlər naziri ilə danışğımız Tehranın Qazaxıstanın milli suverenliyinə verdiyi dəstəyin göstəricisidir”.
Qazaxıstanlı nazir qeyd edib ki, Prezidenti Kasım-Jomart Tokayevin İrana səfəri gündəlikdədir. M.Tilberdi bu ilin oktyabrında keçirilməsi planlaşdırılan Qazaxıstan Beynəlxalq Forumuna İran Prezidenti İbrahim Rəisini də dəvət edib.