Ceyhun Bayramov Azərbaycan-Türkiyə əlaqələrinin 30 illiyi ilə bağlı paylaşım edib

"Azərbaycanla Türkiyə arasında diplomatik əlaqələrin qurulmasının 30 ili tamam olur”.
Globol.az “Report”-a istinadən xəbər verir ki, bu fikir Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun tviter səhifəsindəki paylaşımında yer alıb.
"Müstəqilliyimiz daimi, dostluğumuz sarsılmaz, qardaşlığımız hər zaman möhkəm olsun!", – paylaşımda qeyd edilib.
Nazirin təbriki Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin bu misraları ilə bitir:
"Birdir bizim hər halımız, diləyimiz, amalımız, bayraqlarda hilalımız, Azərbaycan, Türkiyə!”
Oxunub: 263
Xəbəri paylaş
Paylaş: