Dünya bazarında neft ucuzlaşıb

Globol.az xəbər verir ki, “Brent” neftinin mart fyuçersləri 0,11% ucuzlaşaraq, 1 bareli 84,38 ABŞ dollarına satılıb. WTI neftinin fevral fyuçerslərinin qiyməti isə 0,32% azalaraq, 1 bareli 81,86 ABŞ dolları təşkil edib.
Bu gün həmçinin “Baker Hughes Company” neft-qaz servis xidməti ABŞ-da fəaliyyətdə olan neft buruqlarına dair statistikasını açıqlayacaq. Ötən həftə buruq sayı 1 ədəd artaraq, 481 aqreqata çatmışdı.
Oxunub: 272
Xəbəri paylaş
Paylaş: