Əli Əliyev bu çıxışa görə həbs edildi

Xəbər verdiyimiz kimi, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev ötən gün Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs edilib.
Globol.az xəbər verir ki, Əli Əliyev barəsində CM-nin 147.1-ci maddəsinə əsasən, 5 aylıq həbs qərarı verilib.
Buna səbəb isə Ə.Əliyevin 14 hərbçinin şəhid olması, 2 nəfərin isə yaralanması ilə nəticələnən 30 noyabr 2021-ci il “Qaraheybət” poliqonunda Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması ilə bağlı səsləndirdiyi fikirlər olub. DSX-nin polkovnik-leytenantı Emil Cəfərov və kapitan Ramin Ədilov VİP sədri Ə.Əliyevi bu çıxışına görə xüsusi ittiham qaydasında məhkəməyə veriblər. Zabitlərin şikayətinə əsasən, partiya sədrinin 2021-ci il dekabrın 9-da Osmanqızı TV Yutub kanalında helikopter qəzasından sağ çıxmağın mümkünsüzlüyü, o cümlədən helikopterin qəza səbəbləri barədə səsləndirdiyi fikirlər ümumilikdə hərbçilərə təhqirdir. İddiaçılar Əli Əliyevin 6 ay müddətinə həbsini tələb ediblər.
Yasamal Rayon Məhkəməsi iddiaçıların iddiasını təmin edib və müttəhimə 5 ay həbs cəzasının verilməsi haqda qərar çıxarıb.
Oxunub: 351
Xəbəri paylaş
Paylaş: