Daha bir erməni hərbi postumuza yaxınlaşdı
68 yaşlı Andranik Aleksanyan adlı erməni Laçın rayonu ərazisində itkin düşüb.
Globol.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
İddia edilib ki, o, “azıb” və Azərbaycan əsgərlərinə tərəf gəlib.
Aleksanyanın itkin düşməsi ilə bağlı rus sülhməramlılarına müraciət edilib.
Qeyd edək ki, son günlər ermənilərin “azaraq”, əsgərlərimizə tərəf gəlməsi hallara çoxalıb. Azərbaycan Ordusu onları geri qaytardıqda isə erməni mediası “Azərbaycan Ordusunun ələ keçirdiyi erməni mülki vətəndaş geri qaytarıldı” başlığı ilə xəbərlər verir və bu xəbərıərdə “azan” ermənini məhz Azərbaycanın geri qaytarması haqda bir ifadə də işlədilmir.
Halbuki, məsələn, ötən gün “azan” ermənini elə həmin gün də Azərbaycan əsgərləri rus sülhməramlılarına təhvil vermiş, onu hətta bir neçə saat da saxlamamışdılar.