Arazdəyən-Horadiz yolunun Ermənistan hissəsinin bərpası üzrə işçi qrupu yaradılıb

Arazdəyən-Horadiz dəmir yolunun Ermənistan hissəsinin bərpası üzrə işçi qrupu yaradılıb.
Globol.az “Report”-a istinadən xəbər verir ki, bu, Ermənistan Baş naziri Nikol Paşinyanın müvafiq qərarında əksini tapıb.
Qərara əsasən, işçi qrup Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz dəmir yolunun bərpası üzrə fəaliyyət göstərəcək və onun rəhbəri 3 ayda bir dəfə görülən işlər barədə Baş nazirə məlumat verəcək.
Bildirilib ki, 10 nəfərdən ibarət işçi qrupuna Ermənistanın İrandakı keçmiş səfiri Artaşes Tumanyan rəhbərlik edəcək.
Oxunub: 274
Xəbəri paylaş
Paylaş: