İsveçrə də "Vaqner"ə sanksiya tətbiq etdi
İsveçrə Avropa Birliyinin (AB) Rusiyanın “Vaqner” özəl hərbi şirkəti ilə əlaqəli 6 fiziki və 3 hüquqi şəxsə tətbiq etdiyi sanksiyalara qoşulub.
Globol.az xəbər verir ki, bu barədə İsveçrənin Dövlət İqtisadi Katibliyinin məlumatında deyilir.
Sanksiya siyahısına daxil edilən adlar arasında “Vaqner”in qurucularından biri Dmitri Utkin, həmçinin Denis Xaritonov və Sergey Şebakov var.
Sanksiyalar 14 yanvar tarixində saat 21:00-da (Bakı vaxtı ilə) qüvvəyə minəcək.
Qeyd edək ki, ötən ilin dekabr ayında ABŞ “Vaqner” qrupuna sanksiyalar tətbiq etmişdi.
Oxunub: 261
Xəbəri paylaş
Paylaş: