Türkiyədə 3 hərbçinin şəhid olduğu bölgədə 44 terrorçu zərərsizləşdirilib

Türkiyə ordusunun 3 hərbçisinin şəhid olan Şanlıurfanın Akçakale bölgəsində 44 terrorçu zərərsizləşdirilib.
Globol.az Report-a istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulus Akar bildirib.
Nazirin sözlərinə görə, Akçakaledəki terror hücumundan sonra bölgədə keçirilən antiterror əməliyyatı nəticəsində 44 silahlı məhv edilib: “Terrorçuların hər hücumuna cavab veriləcəyinə və onların məsuliyyətə cəlb olunacağına heç kim şübhə etməsin”.
Qeyd edək ki, yanvarın 11-də Akçakaledə terror hücumu nəticəsində Türkiyənin 3 hərbçisi şəhid olub.
Oxunub: 154
Xəbəri paylaş
Paylaş:




















