İsveç Qotland adasına xüsusi təyinatlı dəstə göndərib

İsveç Silahlı Qüvvələri Norbotten vilayətində yerləşən xüsusi təyinatlı dəstəni Qotland adasına göndərib.
Globol.az “Report”-a istinadən xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin yaydığı məlumatda qeyd olunub.
Hərbçilərin bir qismi İsveçin də daxil olduğu “Heavy Airlift Wing” beynəlxalq nəqliyyat təşkilatının “C-17” təyyarəsi ilə, bir qismi isə paromla aparılıb.
Məlumatda bu addım İsveçin Rusiya ilə Ukrayna arasında münasibətlərin kəskinləşməsinə reaksiyası adlandırılıb.
Oxunub: 198
Xəbəri paylaş
Paylaş: