MM Oqtay Əsədovun iclaslarda iştirak etməməsi iddialarına münasibət açıqlayıb

İndiyədək İntizam Komissiyasına, Milli Məclisin sədri tərəfindən deputat Oqtay Əsədovun Milli Məclisin, yaxud onun komitə və komissiyalarının iclaslarında üzrsüz səbəbdən iştirak etməməsi ilə əlaqədar parlamentdaxili məsuliyyətə cəlb olunması ilə bağlı müraciət daxil olmayıb".
Bunu "Globall.az"ın sorğusuna cavab olaraq Milli Məclisin İntizam komissiyasının katibi Nurlan Həsənov bildirib.
Onun sözlərinə görə, əgər Milli Məclisin deputatı xaricdə ezamiyyətdə olarsa, xəstəliklə əlaqədar iclaslarda iştirak edə bilmərsə və ya bu kimi oxşar səbəblər olarsa, bunlar üzrlü səbəblər hesab edilir.
Komissiya katibi qeyd edib ki, Milli Məclisin Daxili Nizamnaməsinin 45-ci maddəsinin tələblərinə əsasən, Milli Məclisin deputatı Milli Məclisin, yaxud onun komitə və komissiyalarının iclaslarında üzrsüz səbəbdən iştirak etmədikdə parlamentdaxili məsuliyyətə cəlb olunur:
"İntizam Komissiyasının bu istiqamətdəki fəaliyyəti ilə bağlı bildirirəm ki, parlamentdaxili məsuliyyətə cəlb olunan deputata intizam tədbirlərinin tətbiqi qaydasının tələblərinə əsasən, Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarında üzrsüz səbəbdən azı dalbadal 4 və ya bir ayda üst-üstə 6 iclasda iştirak etməyən deputat barəsində Milli Məclisin Sədri İntizam komissiyasına təqdimatla müraciət edir. İntizam komissiyası 1 həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə, deputat barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edir".Gürcüstanda 20 Yanvar şəhidlərinin yaxınları ziyarət olunub
20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Gürcüstan əsilli şəhidlərin yaxınları ziyarət olunub.
“Report”un yerli bürosu xəbər verir ki, ənənəvi ziyarətdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev və səfirlik əməkdaşları, Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) İdarə Heyətinin sədri Nəriman Qurbanov iştirak ediblər.
İlk öncə Bolnisi rayonunun Talaveri (Faxralı) kənd qəbirstanlığında şəhid İlqar Əhmədovun məzarı ziyarət olunub, ruhuna dualar oxunub.
Şəhidin müəllimi və sinif rəhbəri olmuş Cümşüd Gülməmmədov çıxış edərək deyib ki, İ.Əhmədov əlaçı və nümunəvi şagird olub: "Biz İlqar Əhmədovun timsalında bütün şəhidlərimizlə fəxr edirik. Azərbaycan səfirliyinə şəhidin xatirəsini əziz tutduğuna görə minnətdarlığımızı bildiririk".
Kənd sakinləri adından çıxış edən Fatma Əliyeva deyib ki, Qanlı Yanvardan 30 ildən çox vaxt keçsə də, Azərbaycan müstəqillik uğrunda canlarından keçən övladlarını unutmur: "Azərbaycanın 44 günlük Vətən Müharibəsində əldə etdiyi Qələbədən sonra İlqar Əhmədov və bütün şəhidlərin ruhu rahatlıq tapıb. İşğal olunan torpaqların azad edilməsi həm də 20 Yanvar şəhidlərinin qanının alınması demək idi".
Daha sonra söz alan səfir F.Quliyev şəhidlərin xatirəsinin hər zaman milli iftixar hissi ilə anıldığı və onların ailələrinin qayğılarının diqqətdə saxlanıldığını deyib. 20 Yanvar faciəsinin tariximizin qəhrəmanlıq səhifəsi olduğunu vurğulayan səfir şəhidin yaxınlarına səbr diləyib.
Marneuli rayonunun Kirəc -Muğanlı kəndində digər şəhid Vəfadar Eminovun qardaşı Etibar Eminovun ailəsi də ziyarət olunub. Anım mərasimində kənd sakinləri və ağsaqqalları iştirak edib.
F.Quliyev şəhidin yaxınlarına başsağlığı verib. O deyib ki, Gürcüstandakı soydaşlarımızın ürəyi hər zaman - istər sovet dönəmində, istərsə də müstəqillik illərində mənəvi vətənləri olan Azərbaycanla bir döyünüb: "Birinci və ikinci Qarabağ müharibəsində Gürcüstan əsilli 56 nəfər şəhid olub. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan qəhrəman şəhidlərimiz bizim qürur mənbəyimizdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin, onların ruhları qarşısında baş əyirik".
Soydaşlarımız şəhidin xatirəsinin hər zaman yad olunduğuna görə Azərbaycan dövləti və səfirliyə minnətdarlıqlarını bildiriblər.
Digər şəhidlər – Tengiz Turabov, Ələsgər Qayıbov, Rəşid İsmayılov, İsmayıl Mursaqulovun yaxınlarına da baş çəkilib. Səfirliyin təşəbbüsü və AZEBİ-nin dəstəyi ilə hər bir şəhid ailəsinə ərzaq sovqatı təqdim edililib.
Oxunub: 375
Xəbəri paylaş
Paylaş: