Türkiyə ilə münasibətlərin normallaşdırılmasına görə şəxsən məsuliyyət daşıyıram-
Paşinyan
Baş naziri Nikol Paşinyan Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesi üzrə xüsusi nümayəndəsi Ruben Rubinyana qarşı müxalifət deputalarının ittihamlarını rədd edib.
Paşinyan əmin edib ki, Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesinə görə məsuliyyəti şəxsən özü daşıyır. O, Ruben Rubinyanın Türkiyədən olan xüsusi nümayəndənin təsirinə düşə biləcəyi barədə ehtimallarla razılaşmayıb
Globall.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Paşinyan parlamentdəki hökumət saatında Ruben Rubinyanın öz fəaliyyətinə görə baş nazir, Təhlükəsizlik Şurası və ümumilikdə xalq qarşısında cavabdeh olduğunu xatırladıb.
“Kimin danışıqlar aparacağından asılı olmayaraq, proses üçün tam məsuliyyət daşıdığım aydındır. Mən Rubinyanın oradakı hərəkətlərinə görə tam məsuliyyət daşımağın vacibliyini nəzərə alaraq, ona səlahiyyət verdim.
Mən bu işdə cavabdehəm, səlahiyyət vermişəm, məsuliyyəti daşıyıram və daşıyacağam”.
Qeyd edək ki, Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıç və Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan iki ölkə münasibətlərinin normallaşdırılması üçün ilk görüşü yanvarın 14-də Moskvada keçiriblər.