Marsda tarixi kəşf: Həyatla bağlı əlamətlər

Globall.az-ın Lent.az-a istinadən məlumatına görə, bu barədə NASA xəbər yayıb.
Bildirilir ki, kosmik gəmi Yerdən fərqli olan karbon izotopuna dair kəşflər edib.
Mütəxəssislərin fikrincə, yalnız metanla qidalanan mikroskopik həyat formaları karbon əmələ gətirə bilər. Bu nümunələr və kəşflər isə Marsda qədimdə yaşayışın olması, yaxud başqa bir həyatın mövcudluğunu deməyə əsas verir.
NASA bir müddət əvvəl "Curiosty” adlı qurğu vasitəsilə müxtəlif ölçülü qayalar da kəşf etmişdi. Bu qayaların morja bənzərliyi isə diqqət çəkmişdi.
Qeyd edək ki, həmin qayalar kosmik gəminin “SuperCam Remote Microimager” cihazı tərəfindən qeydə alınıb.
Oxunub: 292
Xəbəri paylaş
Paylaş: