İtaliya AB-nin yekun bəyanatına imza atmadı
Bu məlumatı ANSA agentliyi öz mənbələrinə istinadən yayıb. Məlumata görə, yekun bəyanat barədə narazılığını İtaliya Baş naziri Cuzeppe Konte videokonfransın gedişi zamanı dilə gətirib.
Romanı sənəddə narazı salan əsas məqam pandemiya ilə mübarizədə kredit vasitələrinin toplanması üçün alət kimi "Avropanın stabillik mexanizmi" xatırlatması olub. Bu xatırlatma sənəddən çıxarılmayacağı təqdirdə rəsmi Roma sənədə imza atmayacağını bildirib./axar.az
Oxunub: 330
Xəbəri paylaş
Paylaş: