Ekoaktivistlər Paris yaxınlığında etiraz aksiyası keçiriblər
Fransanın paytaxtı Paris yaxınlığında yerləşən Le-Burje hava limanında bir qrup ekoaktivist etiraz aksiyası keçirib.
Aktivistlər milyonçuların ətraf mühitin çirklənməsinə və qlobal istiləşməyə səbəb olan hərəkətlərini pisləyiblər. Onlar özəl təyyarələrdən istifadəyə qarşı etiraz ediblər.
“Globall.az” TASS-a istinadən xəbər verir ki, aksiyada “Exctinction Rebellion France”, “Attac” və “Alternatiba” hərəkatlarını təmsil edən 70 aktivist iştirak edib.
Nümayişçilər Fransa Prezidenti Emmanuel Makronun fiqurunu, həmçinin od içində olan heyvan təsvirləri nümayiş etdiriblər.Aktivistlər milyonçuların ətraf mühitin çirklənməsinə və qlobal istiləşməyə səbəb olan hərəkətlərini pisləyiblər. Onlar özəl təyyarələrdən istifadəyə qarşı etiraz ediblər.

Oxunub: 274
Xəbəri paylaş
Paylaş: