ABŞ Rusiya ilə bağlı olan 4 ukraynalıya sanksiyalar tətbiq edib

ABŞ Maliyyə Nazirliyi Rusiya ilə əlaqəli 4 ukraynalıya qarşı sanksiyalar tətbiq edib.
Globall.az "Report"-a istinadən xəbər verir.
Məlumata görə, sanksiyalarla bağlı nazirlik xüsusi bəyanat yayıb.
Sanksiyalar siyahısına Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbərinin sabiq müavini Vladimir Sivkoviç, Ali Radanın deputatları Taras Kozak, Oleq Voloşin və sabiq deputat Vladimir Oleynik əlavə edilib.
Oxunub: 336
Xəbəri paylaş
Paylaş: