Tağı Əhmədovun adı hallanan 2 milyonluq cinayət işi

AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyevə qarşı dələduzluqda ittiham olunan, məhkəmə proseslərindən yayınan şəxslər həbs edilib.
Globall.az APA-ya istinadən xəbər verir ki, dələduzluqda ittiham olunan Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşovun cinayət işi üzrə məhkəmə icraatı bir müddət əvvəl dayandırılıb.
Buna səbəb ev dustaqlığında olan Q. Muxtarov və S. Abuşovun sonuncu məhkəmə iclaslarına gəlmədikləri üçün onların barəsində həbs qərarı verilməsi və icraat dayandırılmaqla axtarışa verilməsi olub.
Hazırda hər iki şəxs tutularaq istintaqa təhvil verilib və onlar barəsində olan cinayət işi yenidən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Zeynal Ağayevin icraatında araşdırılacaq.
Qeyd edək ki, məhkəmənin gedişində məlum olub ki, "Bakı Metropoliteni"nin keçmiş rəisi Tağı Əhmədov yaxın dostu, professor Soltan Əliyev vasitəsilə Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşova ümumilikdə 2 milyon manata yaxın pulu sələmə verib. Onlar mərmər biznesində böyük qazanc olduğunu deyərək T. Əhmədovu bu işə pul yatırmağa inandırıblar. T. Əhmədov isə pulları həmin şəxslərə verib. Daha sonra sələmi qaytara bilmədikləri üçün Soltan Əliyev onlardan şikayət edib. Cinayət işi üzrə zərərçəkmiş kimi də S .Əliyev tanınıb.
Oxunub: 236
Xəbəri paylaş
Paylaş: