Ukraynaya "Stinger" göndərəcəyik
Rusiya ilə münaqişənin kəskinləşəcəyi təqdirdə Latviya Ukraynaya “Stinger” raket sistemləri, individual avadanlıq və quru qidalar göndərəcək.
Globall.az xəbər verir ki, bu barədə Latviyanın Müdafiə Nazirliyi məlumat yayıb.
Amerika istehsalı olan “Stinger” daşına bilən raket sistemi əsasən alçaq məsafədən uçan helikopter, PUA və s. hədəfləri zərərsizləşdirmək üçün nəzərdə tutulub.
Qeyd edək ki, "Röyters" Estoniya, Latviya və Litvanın ABŞ istehsalı olan silahları Ukraynaya vermək üçün Vaşinqtondan razılıq aldığı haqda məlumat yaymışdı. Məlumata əsasən, Estaniya Ukraynaya “Javelin” tank əleyhinə raketlər, Litva isə “Stinger”lər verə biləcək.
Oxunub: 275
Xəbəri paylaş
Paylaş: