Paşinyan Facebook-da canlı yayıma çıxacaq
Ermənistanın baş naziri Nikol Paşinyan yenə özünün Facebook səhifəsində canlı yayım açaraq, media və ictimai təşkilatların suallarını cavablandıracaq.
Globall.az xəbər verir ki, bu barədə baş nazir özünün Facebook səhifəsində yazıb.
Paşinyan bu gün yerli vaxtla 20:00-da canlı yayıma çıxacaq.
Baş nazir 2 saat müddətində suallara cavab verəcək.
Baş nazirin Aparatı bildirib ki, Paşinyana ünvanlanan suallar jurnalistin adı və soyadı göstərilməklə KİV-in rəsmi formatı ilə göndərilməlidir.
“Başqa şəkildə ünvanlanan suallar qəbul edilməyəcək. Nəzərə alın ki, hər media orqanına yalnız bir sual verilməlidir”, - deyə məlumatda bildirilir.
Oxunub: 218
Xəbəri paylaş
Paylaş: