İcra hakimiyyətləri və məhkəmələrdə islahatlar vacibdir- Deputat

Globall.az xəbər verir ki, bu fikirləri Modern.az-a Milli Məclisin deputatı Vahid Əhmədov deyib. O xatırladıb ki, prezident İlham Əliyev bir müddət öncə yerli televiziya kanallarına müsahibəsində də islahatlarla bağlı mesajlar səsləndirib:
“İslahat aparılmadan heç bir inkişafdan söhbət gedə bilməz. Son iki ildə pandemiyanın da təsiri ilə ümumi vəziyyətin çətin olmasına baxmayaraq, Azərbaycanda islahatlar nəticəsində qeyri-neft sektorunda, ümumdaxili məhsulun həcmində, iqtisadi göstəricilərdə artım müşahidə olundu. Bu göstərir ki, həyat inkişaf etdikcə, islahat da vacibliyini saxlayır.
Prezident 2022-ci il islahatlarına icra orqanlarında dəyişikliklərlə başladı. Yeni səhiyyə naziri təyin edildi. İki rayonun İcra hakimiyyətində dəyişiklik olundu. Bu kadr islahatları və paralel olaraq digər sahələrdə də yeniliklər davam edəcək. Əsas məsələ odur ki, islahatlar ölkənin sosial-iqtisadi durumunun yüksəlməsinə, insanların həyat şəraitinin yaxşılaşmasına səbəb olsun və Azərbaycanın müstəqilliyinin qorunmasına zəmin yaratsın. Son zamanlar regionda, Qazaxıstanda, o cümlədən dünyada baş verən hadisələr də göstərir ki, Azərbaycanda həyata keçirilən islahatlar həm də dövlətçiliyimizin qorunub saxlanmasına xidmət edir. Ölkə başçısı bütün bunları nəzərə alaraq, islahatları birdən-birə deyil, mərhələlərlə aparır ki, heç bir problem yaranmasın”.
Oxunub: 151
Xəbəri paylaş
Paylaş: