Ermənistanda ombudsmanlığa yeni namizəd sərhəd məsələsinə toxundu
Globall.az xəbər verir ki, bu barədə bazar ertəsi parlamentdə deputatların suallarını cavablandıran Ermənistanın ombudsmanı vəzifəsinə namizəd, ədliyyə nazirinin keçmiş müavini Kristine Qriqoryan bildirib.
Bundan əvvəl hakim “Mülki müqavilə” partiyası Ermənistanın hüquq müdafiəçisi vəzifəsinə Kristine Qriqoryanın namizədliyini irəli sürüb.
Hazırkı Ombudsman Arman Tatoyanın səlahiyyət müddəti 2022-ci il fevralın 23-də başa çatır.
K.Qriqoryanın qeyd edib ki, beynəlxalq təşkilatlarda aparılan parlament diplomatiyası da dövlət sərhədinin təhlükəsizliyi probleminin həllində mühüm rol oynaya bilər.
Onun sözlərinə görə, bu təşkilatlar məsələnin siyasi komponenti ilə yanaşı, insan hüquqlarının - yaşamaq, təhlükəsizlik, sosial müdafiə, təhsilin təmin edilməsi problemini də nəzərə alır.
"Mən iqtidarla, müxalifətlə, dövlət və bələdiyyə orqanları ilə əməkdaşlıq edəcəyəm ki, qaldırılan məsələlər öz həllini tapsın. Ombudsmanın yeganə təsir alətinin bəyanatlar olması fikrindən uzağam".
Qeyd edək ki, hazırkı Ombudsman Arman Tatoyan Azərbaycan Silahlı Qüvvələri barədə vaxtaşırı beynəlxalq təşkilatlar qarşısında məsələ qaldıraraq, qondarma ittihamlarla çıxış edib