Uşaqlar arasında “İnfluenza” virusunun yayılması artıb
Gəncədə son aylar yüksək hərarətlə xəstəxanaya gələn uşaqların sayında artım müşahidə olunur.
Globall.az Oxu.az-a istinadən xəbər verir ki, iki sayılı Uşaq Birləşmiş Xəstəxanasına yerləşdirilən uşaqların hərarəti əsasən 39-40 dərəcə olur.
Valideynlər deyir ki, övladlarının hərarəti günlərlə düşmədiyindən məcburən xəstəxanaya müraciət etməli olurlar.
Qızdırma əsasən 4-8 yaş arası uşaqlarda müşahidə olunur.
Rəsmi rəqəmlərə əsasən təkcə son iki ayda xəstəxanaya 200-ə yaxın uşaq gətirilib.
Oxunub: 287
Xəbəri paylaş
Paylaş: