Rusiyanın ölkəmizdəki səfirindən "3+3" açıqlaması

Rusiya hesab edir ki, "3+3" formatı regionda iqtisadi əlaqələrin və etimadın inkişaf etdirilməsinə töhfə verəcək.
Globall.az Report-a istinadən xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib.
Səfir ötən il çox şey vəd edən "3+3" formatının işə salındığını xatırladıb. Onun sözlərinə görə, burada əsas maraq regionda vəziyyəti sabitləşdirmək və kommunikasiya əlaqələrini bərpa etməkdir.
O bildirib ki, "3+3" formatında iştirak üçün qapı daim Gürcüstanın üzünə açıqdır”.
M.Boçarnikov bu format çərçivəsində növbəti görüşün harada keçiriləcəyi ilə bağlı məlumata malik olmadığını söyləyib.
Oxunub: 238
Xəbəri paylaş
Paylaş: