Pensiya islahatları barədə dinləmələr keçiriləcək
Parlamentin yaz sessiyasında “Məşğulluq haqqında” qanuna təklif edilən dəyişikliklər müzakirə olunacaq.
Globall.az xəbər verir ki, bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yaz sessiyası üzrə iş planına məsələ daxil edilib. Komitənin bu gün keçirilən iclasında deputatlar sözügedən layihə haqqında fikir mübadiləsi aparıblar.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, əvvəlki sessiyalarda da bununla bağlı məsələ qaldırılıb, qanunda əlavə və dəyişikliklərə ehtiyac var.
Bundan əlavə, komitənin 2022-ci il üzrə yaz sessiyasının iş planına “Pensiya islahatları” və “Tütündən istifadənin məhdudlaşdırılması” haqqında dinləmələr də daxil edilib.
Oxunub: 275
Xəbəri paylaş
Paylaş: