Paşinyanla təmasda olan Arayik qorxudan koronavirus testi verdi
Qarabağdakı separatçıların başçısı Arayik Arutyunyan yanvarın 27-də koronavirus testindən keçib.
Globall.az Modern.az-a istinadən xəbər verir ki, Arutyunyanın testinin cavabı mənfi olub.
Məlumata görə, Arayik Arutyunyanın testdən keçməsinin səbəbi dünən koronavirusa yoluxduğu açıqlanan baş nazir Nikol Paşinyanla təmasda olmasıdır.
Belə ki, Arayik Arutyunyan yanvarın 24-də Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Həmin gün baş nazir Nikol Paşinyanın və Arayik Arutyunyanın sədrliyi ilə Qarabağ separatçılaının problemləri müzakirə olunub.
Ermənistan hökuməti yanvarın 26-da baş nazir Nikol Paşinyanın koronavirus testindən keçdiyini və nəticənin müsbət çıxdığını açıqlayıb. Baş nazir müəyyən olunmuş qaydada özünü təcrid edib.
Oxunub: 305
Xəbəri paylaş
Paylaş: