Nazarbayevin qızı bu vəzifəsini itirdi
Qazaxıstanın hakim “Nur Otan” partiyasının siyasi şurasının tərkibində dəyişiklik edilib.
Globall.az xəbər verir ki, partiyanın ali nümayəndəlik orqanının tərkibi 55 faiz yenilənib.
Ölkənin sabiq prezidenti Nursultan Nazarbayevin böyük qızı Dariqa Nazarbayeva şuranın yeni tərkibinə daxil edilməyib.
Siyasi şuranın yeni üzvlərinin siyahısında partiya sədrinin birinci müavini Bayırjan Baybekin və sabiq baş nazir Askar Maminin də adları yoxdur. Bununla yanaşı, partiyanın nizamnaməsində də dəyişiklik olunub.
Xatırladaq ki, “Nur Otan” partiyasının növbədənkənar XXI qurultayının qərarına əsasən, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev yekdilliklə partiyanın sədri seçilib.
Oxunub: 310
Xəbəri paylaş
Paylaş: