Rusiya əfsanəvi kəşfiyyatçının məzarını Yaponiyadan gətirmək istəyir

"Yaponiya hökuməti Rusiyadan kəşfiyyatçı Rixard Zorgenin qalıqlarının təhvil verilməsi üçün hələlik heç bir təklif almayıb". xəbər verir ki, bu barədə Yaponiyanın Rusiyadakı səfirliyinin yaydığı açıqlamada məlumat verilib. “Tokiodan verilən cavaba əsasən, hazırda Yaponiya hökuməti bu şəxsin qalıqlarının təhvil verilməsi ilə bağlı Rusiya tərəfdən hər hansı təklif almayıb. Ona görə də təfərrüatları şərh edə bilmərik”, -səfirliyin açıqlamasında deyilir.
Xatırladaq ki, Rusiya Xarici işlər naziri Sergey Lavrov Dövlət Dumasında çıxışı zamanı bildirib ki, ölkəsi hazırda kəşfiyyatçı Rixard Zorgenin dəfni məsələsi ilə məşğuldur. Nazirin sözlərinə görə, Zorge Rusiyada, Saxalinin cənubunda və ya Kurildə yenidən dəfn oluna bilər. Lavrov qeyd edib ki, Moskva kəşfiyyatçının dəfn olunduğu Yaponiyadan onun məzarı ilə bağlı məsələnin yekun müsbət həllini axtarır.
Qeyd edək ki, əfsanəvi bakılı Rixard Zorge (1895-1944) Yaponiyada "Ramsay" və "Inson" ləqəbləri ilə işləyən əfsanəvi kəşfiyyatçı olub. O nasist Almaniyasının Sovet İttifaqına hücumunun dəqiq tarixini öyrənə bilib. Zorge həmçinin 1941-ci ilin sentyabrında Kremlə dəqiq məlumat ötürüb ki, Yaponiya Almaniyanın tərəfində müharibəyə qoşulmayacaq. Bu isə 41-ci ilin payızında məşhur Sibir diviziyalarının Moskvanın müdafiəsinə keçməsinə imkan yaradıb. O, 1933-cü ildən Yaponiyada Alman qəzetinin müxbiri kimi çalışıb. Demək olar ki, hər gün "radioqramlar" ötürən Zorge 1941-ci ildə həbs edilib, 1944-cü ildə isə edam olunub. Kəşfiyyatçı ümumi məzarlıqda basdırılıb.
Oxunub: 206
Xəbəri paylaş
Paylaş:




















