Şəntopdan erkən seçki açıqlaması
Türkiyədə növbədənkənar seçki müzakirələri köhnə hökumət sisteminin vərdişləridir.
Globall.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop deyib.
Spiker bildirib ki, o zaman parlament istənilən səs çoxluğu ilə seçkilərlə bağlı qərar verə bilərdi:
“Növbədənkənar seçki üçün də bir neçə səbəblər də var idi. Vaxtilə bunların əsasında seçki debatları olurdu. Bildirmək istərdim ki, yeni konstitusiya dəyişikliyindən sonra hökumət sistemində növbədənkənar seçkilər daxil deyil. Əgər prezident yenidən namizədliyini irəli sürürsə, o zaman niyə seçki qərarını versin? Mən növbədənkənar seçki tələblərini əvvəlki hökumətin vərdişləri kimi görürəm”.
Oxunub: 270
Xəbəri paylaş
Paylaş: