Armen Sarkisyanın müəmmalı gedişi

Ermənistan prezidenti Armen Sarkisyanın istefası müxtəlif çevrələrdə müzakirə olunmaqda davam edir və siyasi ekspertlər istefa verdiyini elan etdikdən sonra onun passivləşmədiyini bildirirlər.
Globall.az xəbər verir ki, Ermənistan mediası, həm müxalifət, həm iqtidar çevrələri bu istefaya hələ ki tam izah verə bilmir.
Sarkisyanın aparatı onun istefasından sonra iki-üç bəyanat verib və Ermənistan prezidentinin özü dünən Ordu günü münasibətilə mesaj yayıb.
Təhlilçilər hesab edir ki, Ermənistanı tərk edən şəxs özünü bu cür aparmır və bu, Armen Sarkisyanın gələcəklə bağlı müəyyən planlarının olduğunu göstərir.
İstefaya gəlincə, görünür, bu, təkcə Nikol Paşinyan və bütövlükdə cəmiyyət üçün deyil, həm də onun heyəti üçün sürpriz olub. Üstəlik, prezident iqamətgahındakı mənbələrin bildirdiyinə görə, istefaya getməzdən bir neçə gün əvvəl Armen Sarkisyan aparatla əlaqə saxlayıb, yeni layihə ilə bağlı bəzi sənədlərin hazırlanması, həmçinin bəzi Avropa konfranslarında iştirak üçün biletlərin bron edilməsi barədə göstərişlər verib.
Prezident aparatı da onun istefa bəyanatından təəccüblənir və baş verənlərlə bağlı izahat tapmır.
Qeyd edək ki. Konstitusiyaya görə, A.Sarkisyan hələ ki Ermənistan prezidenti sayılır. Gələn həftə Sarkisyanla bağlı məsələ dəqiqləşəcək və yəqin ki, onun istefası rəsmiləşəcək
Oxunub: 252
Xəbəri paylaş
Paylaş: