Fransa və Almaniya XİN başçıları Ukraynaya səfər edəcəklər
Fransanın xarici işlər naziri Jan-İv Le Drian fevralın 7-8-də almaniyalı həmkarı Annalena Burbokla birgə Ukraynada səfərdə olacaq.
Globall.az “Report”-a xəbər verir ki, bu barədə fransalı nazir tviter hesabında yazıb.
Qeyd edək ki, Le Drian yaxın vaxtlarda Ukraynaya səfər etmək niyyətində olduğunu Aİ xarici işlər nazirlərinin yanvarın ortalarında Fransanın Brest şəhərində keçirilən qeyri-rəsmi görüşündən sonra açıqlayıb.
Oxunub: 304
Xəbəri paylaş
Paylaş: