Ermənistan Jurnalistlər Birliyinə qadın sədr seçildi
Ermənistan Jurnalistlər Birliyinin hazırkı sədri, “168 jam” qəzetinin baş redaktoru Satik Seyranyan yenidən bu vəzifəyə seçilib.
Globall.az Modern.az-a xəbər verir ki, Seyranyanın namizədliyinə 92 nümayəndə səs verib.
Ermənistan Jurnalistlər Birliyinin sədri vəzifəsinə başqa namizədlər irəli sürülməyib.
Satik Seyranyan seçkidən sonra bildirib ki, 2022-ci il media üçün çox çətin il olacaq. O, maliyyə çətinliyindən söz açıb.
Jurnalistlər Birliyinin sədrinin sözlərinə görə, bir çox KİV-lər heç bir qrant proqramından istifadə edə bilmir, bəzi KİV-lər isə bu məsələdə qeyri-məhdud imkanlara malikdir.
Oxunub: 296
Xəbəri paylaş
Paylaş: