Çavuşoğlu Bəhreynə gedir
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bəhreynə səfərə gedir.
Globall.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi bəyanat yayıb.
"Cənab nazir Bəhreynin xarici işlər naziri Əbdüllətif ibn Rəşid Əl-Zayaninin dəvəti ilə 30-31 yanvar tarixlərində Bəhreyn Krallığına səfər edəcək. Səfər çərçivəsində keçiriləcək görüşlər zamanı Bəhreynlə ikitərəfli əlaqələr, o cümlədən regional və beynəlxalq əlaqələrlə bağlı bu məsələlər ətrafında fikir mübadiləsi aparılacaq”, - bəyanatda qeyd olunub.
Oxunub: 305
Xəbəri paylaş
Paylaş: